Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:31

Gaddafi-nin oğlu Saif al-İslam ölümə məhkum edildi


Saif al-İslam
Saif al-İslam

Devrilmiş Liviya liderinin oğlu, keçmiş rejimin başqa üzvləri ilə birlikdə güllələnmə vasitəsilə ən yüksək cəzaya məhkum olunub.

Liviyada məhkəmə, devrilmiş diktator Muammar Gaddafi-nin ən tanınmış oğlu Saif al-İslam barədə güllələmə hökmü çıxarıb.

O qiyabi olaraq çərşənbə axşamı paytaxt Tripolidə 2011-ci ildə devrilmiş keçmiş rejimin başqa vəzifəli 8 üzvü ilə birgə məhkum edilib.

Bu şəxslər hərbi cinayətlərdə və inqilab zamanı dinc nümayişlərə divan tutmaqda ittiham olunurdular.

Liviya keçmiş rejiminin vəzifəliləri
Liviya keçmiş rejiminin vəzifəliləri

Bu məhkləmə 2014-cü ilin aprelində başlanmışdı. O vaxt hələ rəqib qruplar arasında hakimiyyət davası yox idi və ölkə biri Tripolidə, digəri isə Tobrukda yerləşən iki hökumətlər arasında parçalanmamışdı.

Saif al-İslam 2011-ci ildən bəri Zintanta, Tripoli hökumətinə qarşı çıxan keçmiş qiyamçı qrup tərəfindən saxlanırdı.

Məhkum edilənlərin arasında keçmiş kəşfiyyat rəisi Abdullah Senussi və keçmiş Liviya baş naziri Baghdadi Ali Mahmudi də var.

Hökm liviyalıları çox da maraqlandırmır

Tripolidə yaşayan siyasi təhlilçi Salah al-Bakkoush deyir ki, bu hökmün Liviyada böyük əks-səda doğuracağına inanmır.

“Liviyalıların bu saat o qədər problemləri var ki, çoxu hətta bu məhkəməni izləməyib də - deyib təhlilçi Əl-Cəzirə telekanalına, - Yalnız Gaddafi rejiminə qarşı vuruşanlar bu məhkəmədən məmnun qalacaqlar”.

Liviyalıların bu saat o qədər problemləri var ki, çoxu hətta bu məhkəməni izləməyib də

Beynəlxalq Cinayətlər Məhkəməsi və başqa büeynəlxalq insan haqları təşkilatları təçkilatları Liviyadakı ədliyyə sisteminin ədalətliyindən narahatdırlar, lakin buna baxmayaraq 2013-cü ildə Liviya məhkəməsinə Gaddafi-nin keçmiş kəşfiyyat rəisinin mühakimə olunması üçün icazə verilib. Bundan əvvəl onun Haaqadakı Beynəlxalq Cinayətlər Məhkəməsində mühakimə olunacağı düşünülürdü.

Saif al-İslam-ın məhkəmədəki iştirakı video rabitəsi vasitəsilə idi və o, ötən ilin mayından bəri görünməyib.

Nə ədalət olub, nə də hüquq

Zintandakılar onu təslim etmək istəmirlər. Onlar bildirirlər ki, Tripoliyə etibar etmirlər və orada Saif al-İslamın qaçmayacağından əmin deyillər.

Tripolidə mənzillənmiş Sadeq İnstitutunun siyasi təhlilçisi Anas El-Gomati deyir ki, bu məhkəmə nə ədalətli olub, nə də hüquqi.

Yalnız Gaddafi rejiminə qarşı vuruşanlar bu məhkəmədən məmnun qalacaqlar

“Düşünmürəm ki, zintanlılar onu təslim etsinlər, - deyib təhlilçi, - Onlar irəliyə aparan heç bir həll yoluna getməyəcklər. Bu, bir-biri ilə qarşıduran iki hökumətdir və onlar birlikdə işləmək üçün heç bir həvəs göstərmirlər”.

Gaddafi Liviyada müharibə zamanı, 2011-ci ilin oktyabrında qiyamçılar tərəfindən öldürülüb. O, 4 onillik ərzində Liviyaya rəhbər olmuşdu.

XS
SM
MD
LG