Keçid linkləri

Təcili xəbərlər
2020, 04 Dekabr, Cümə, Bakı vaxtı 16:25

36 saat suda qalan pilot xilas edilib


Sergei Ananov

Kanadanın sahil-mühavizə qüvvələri Kanada ilə Grelandiya arasındakı Labrador dənizində qəzaya düşən rusiyalı pilotu xilas ediblər.

Bu barədə Kanadanın quru qoşunları məlumat yayıb.

Admiral John Newton həmin ərazinin dünyada ən çətin yer olduğunu deyir.

Qəza buzlaqlarla əhatə olunbuş Davis boğazında baş verib.

Admiralın sözlərinə görə pilot Sergei Ananovun vertolyotdan çıxmaq üçün cəmi bir neçə saniyə vaxtı olub.

Ananov vertolyotla Arktika ətrafında uçuş edən ilk adam olmaq istəyirmiş.

O iyulun 25-də itkin düşüb və kütləvi axtarış əməliyyatlarından sonra tapılıb.

Ananov iyunda Robinson R 22 vertolyotu ilə Moskvadan uçub və Arktikanın Şimali Amerikadan keçən hissəsinin böyük hissəsini qət eləyib.

İtkin düşməsindən 36 saat sonra sahil mühavizəçiləri onun buraxdığı raketi görüblər.

Bu onun sonuncu raketi imiş.

Dənizdə, buz sallarının arasında qalan Ananova hansısa məqamda 3 ağ ayı yaxınlaşıb və ayıları qovanadək o var gücü ilə bağırıb.

Bu barədə Rusiyanın Ottavadakı səfiri Kiril Kalinin məlumat verib.

Səfir hazırda Ananovun səhətinin normal və müalicə oldunduğunu deyir.

XS
SM
MD
LG