Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 07:59

Rusiya rublu yenidən düşməyə başlayıb.

İyulun 28-də 1 ABŞ dollarının məzənnəsi 60 rublu ötüb.

Bu martın 20-dən bu yana ilk belə göstəricidir.

Rubl həmçinin Yunanıstan böhranına görə çalxalanan avroya nisbətdə də düşüb və 1 avro 66 rubldan baha satılıb.

Qərbin Ukraynaya görə Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar və dünya bazarında neftin qiymətinin düşməsi Rusiya iqtisadiyyatına ciddi ziyan vurur.

Rusiya ötən il rublu qorumaq üçün təxminən 90 milyard dollar xərcləyib.

XS
SM
MD
LG