Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:32

Müəllimləri Universitet hazırlayacaq


Təhsil Nazirliyi
Təhsil Nazirliyi

-

Azərbaycan Müəllimlər İnstitutunun ləğv edilən Mingəçevir filialı Mingəçevir Politexnik İnstitutunun bazasında yaradılacaq Mingəçevir Dövlət Universitetinə birləşdiriləcək.

Bunu apa-ya Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov deyib.

Sektor müdiri bildirib ki, fəaliyyəti dayandırılmış Salyan filialının Lənkəran Dövlət Universitetinə birləşdirilməsi gündəmdədir. Amma bu qəti qərar deyil. Gözəlovun fikrincə, Lənkəran Dövlət Universitetinin texniki imkanları məhduddur və tələbələrin hamısını götürməyə qadir deyil.

İyulun 24-də prezident İlham Əliyev Müəllimlər İnstitutunun Mingəçevir, Salyan və Sumqayıt filiallarının ləğv edilməsi barədə sərəncam imzalayıb.

XS
SM
MD
LG