Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:31

«Sovetski» sakinlərinə yeni mənzillər verilib


Yeni bina. Foto: APA
Yeni bina. Foto: APA

-

«Sovetski»də yaşayan 200 ailəyə ikiotaqlı mənzil verilib.

Bu haqda apa-nın məlumatında deyilir.

Yasamal rayon İcra Hakimiyyəti başçısının I müavini Səməd İslamov bildirib ki, azkvadratlı mənzillərdə yaşayan sakinlərin istəkləri nəticəsiz qalmayıb:

«Nazirlər Kabinetinin 9 iyun 2015-ci il tarixli sərəncamına müvafiq olaraq «Sovetski»də sahəsi 25 kvadratmetr və daha az olan yaşayış sahələrinin Nərimanov rayonunda 104- və 96-mənzilli yaşayış binalarında ikiotaqlı tam təmirli mənzillərlə əvəzlənməsi qərara alınıb».

S.İslamov qeyd edib ki, iyulun 23-də Nərimanov rayonu İcra Hakimiyyətində ilk 93 nəfərə mənzillərin verilməsi baş tutub:

«Mənzillərin bölüşdürülməsi tam şəffaf şəkildə sakinlərin iştirakı ilə püşkatma yolu ilə həyata keçirilib və 93 yeni mənzil sahiblərinə təqdim olunub».

«Sovetski»də söküntülər Bakının Baş Planına uyğun olaraq 2013-cü ilin sonlarından başlanıb.

Ümumilikdə «Sovetski»də 10 min 500-dək təsərrüfat qeydə alınıb. Onlardan 82 faizi, yəni 8 min 600-də ölçü və qiymətləndirmə işləri yekunlaşıb.

Köçürülmə işləri 6 mərhələ üzrə davam etdirilir. 2015-ci il büdcəsində «Sovetski»də köçürülmə işlərinə 180 milyon manat ayrılıb.

XS
SM
MD
LG