Azərbaycan tərəfə keçən Gevorkian ailəsinin işi məhkəməyə verilib
“news.am” xəbər verir ki, Ermənistanda üzləşdiyi acınacaqlı vəziyyət və ifrat yoxsulluq səbəbindən bir neçə il əvvəl könüllü olaraq Azərbaycan tərəfə keçmiş Yegishe Gevorkian barəsində başlanmış cinayət işi üzrə istintaq başa çatıb, iş məhkəməyə verilib.
Ermənistan vətəndaşı Gevorkian 2010-cu ildə ailə üzvləri ilə birlikdə Naxçıvana keçmişdi, ancaq Azərbaycan Cenevrə Konvensiyasına görə, 2014-cü ildə onları Ermənistana qaytardı.
Azərbaycan çayı
"Lənkəranda 200 tona yaxın yaşıl çay yarpağı tədarük edilir. Halbuki, Lənkəranda 20 min tondan çox yaşıl çay yarpağı yığılardı."
«ÇAY SAHƏLƏRİNİ YANDIRIB EV TİKDİLƏR»
"Çay plantasiyaları bir-iki adamın əlində cəmləşib. Onlar da ki, öz maddi tələbatlarını ödəməklə məşğuldurlar".
Maşınına "Ata, məni də evləndir" yazan cərimələndi
Ağdamda yol polisi qayda pozan sürücülərə qarşı reyd keçib. "Report" xəbər verir ki, bir sürücü "VAZ 2107" avtomobilinin arxa şüşəsinə "Ata məni də evləndir" yazdığı üçün cərimələnib.
Qərb mediası Erdoğanı kəskin tənqid edir
«Türkiyənin Suriya və İraqı bombalaması bizə lazım olan ən sonuncu şeydir».- bunu «The Independent» qəzeti yazır. «Türkiyə PKK-nın İraq və Türkiyədəki bazalarını da bombalayır. Bu, İD-ə qarşı beynəlxalq ictimaiyyətin səyləri üçün fəlakətli nəticələr deməkdir. Türkiyə İD-ə qarşı müharibədə əngəl olduğu bir vaxtda, PKK və ona paralel PYD qruplaşması Suriyada İD əleyhinə səmərəli quru müharibəsi aparıb».«PYD Suriyanın şimal-şərqində de-fakto hökumət də qurub ki, bu da Suriya münaqişəsinin uğur hekayətlərindən biridir».