Bir parça çörək üçün (video)
Şəki bazarında həyat dan yeri söküləndə başlayır. Gün boyu müştəri haraylayan, məhsul üstündə bir biri ilə dava edən satıcılar... Şəki bazarının bir günü...
Neft kəmərləri terrorçuların hədəfində
«Türkiyədən Azərbaycanın Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz boru xətti keçir. PKK terrorçularının son günlər təbii qaz boru xəttinə, elektrik xətlərinə etdiyi hücumlar Azərbaycanın bu ölkədən keçən neft kəmərlərinin təhlükəsizliyi məsələlərini gündəmə gətirir» – «Yeni Müsavat» belə yazır. Mətbuat icmalı
“Özünü yandıran məcburi köçkün içkili olub” (??)
“Qaçqınkomun” binası qarşısında özünü yandıran Sahib Nəsibov içkili vəziyyətdə olub”.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Ağdam rayonundan olan məcburi köçkün Sahib Nəsibovun özünü yandırması ilə bağlı məlumatda belə deyilir.
Bildirilir ki, 54 yaşlı köçkün "içkili vəziyyətdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sabunçu rayonu üzrə sektoruna gələrək, ona mənzil verilməsini tələb edib, lakin ona verilən heç bir izahatı dinləməyərək özünə yüngül yanıq xəsarətləri yetirib."
"Verilən məlumata görə, Sahib Nəsibov 4 nəfər ailə üzvü ilə birlikdə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Natəvan küçəsi 29 ünvanında özünə məxsus şəxsi evdə yaşayıb.2015-ci ilin yanvar ayında həmin evi sataraq qonşuluqda ev kirayələyib.Sahib Nəsibov mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı Dövlət Komitəsinə müraciət etməyib."
Məlumatda onun bu hərəkəti "məsuliyyətsiz hərəkət" adlandırılır. Cinayət işi açılıb.
Müdafiə nazirliyinin yüksək rütbəli zabitləri həbs olunub
“Müdafiə Nazirliyi Baş Hərbi İnspeksiyasının əməkdaşları haqqında kütləvi informasiya vasitələrində yayılan xəbərlərlə bağlı bildiririk ki, inspeksiyanın əməkdaşları hərbi xidmət vəzifələrinin icrası zamanı yol verdikləri ciddi qanun pozuntularına görə Müdafiə Nazirliyi rəhbərliyinin göstərişi əsasında müvafiq araşdırma aparılıb və toplanmış materiallar qanuna müvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.
Bunu APA-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Bundan əvvəl haqqın.az yazmışdı ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları Müdafiə Nazirliyinin Baş hərbi müfəttişliyinin üç yüksək vəzifəli əməkdaşını həbs ediblər.