Keçid linkləri

2026, 27 İyul, bazar ertəsi, Bakı vaxtı 23:44

AzadliqLive - Emin Ağalarov: "Səni unutmaq"

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izlə

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izlə

12:49 28.7.2015

İranın və Rusiyanın qonşuları və Qərb

“İndiyədək Azərbaycanın enerji resursları və strateji mövqeyi Qərbin insan haqları və siyasi azadlıqlar uğrunda işini məhdudlaşdırıb. İndi dəyişilmiş durum pozuntuların gözardı edilməsinə haqq qazandırmır”

“İrana sanksiyaların qaldırılmasının mümkünlüyü Cənubi Qafqazdakı qonşularına – Ermənistan, Azərbaycan və Gürcüstana iqtisadi faydalar gətirə bilər. Ancaq bu, regionda dərindən kök salmış zəiflikləri, etnik gərginlikdən tutmuş hökumət korrupsiyası, davamlı yoxsulluğu ört-basdır edə bilməz”. “Newsweek” dərgisində Denis Corboy, William Courtney və Richard Kauzlarich-in imzasıyla dərc olunmuş “Rusiya və İranın qonşularıyla münasibətlərə yenidən baxaq” başlıqlı məqalədə belə deyilir.

12:50 28.7.2015

Milli Şura parlament seçkilərinə getmək istəmir

«Nəticəsi əvvəlcədən bəlli olacaq seçki adlı tamaşada rol almağa hazırlaşmırıq» – bunu Milli Şurada çıxışı zamanı AXCP sədri Əli Kərimli deyib. Milli Şuranın sədri Cəmil Həsənli də hazırda seçkilərin keçirilməsi üçün minimum şəraitin olmadığını bildirib:

«Milli Şura üzvlərinin xeyli hissəsi hazırda həbsxanadadır. Bunlar ictimai-siyasi həyatda aktiv olan adamlardır.Ona görə də biz Milli Şura olaraq seçkidə iştirak qərarının qəbul olunmasında ilk növbədə bu həssas məqamı dəyərləndirməliyik». Mətbuat İcmalı

13:04 28.7.2015

Güllə gilizlərindən Putinin portreti

Ukraynalı rəssam Dariya Marchenko münaqişə zonasından topladığı gilizlərlə Putinin portretini yaradıb. Beş min güllə darağından toplanmış gilizlərdən düzələn portretin rəssamın çağırışı olduğunu deyir. Bildirir ki, hər giliz bir insan həyatıdır.

14:42 28.7.2015

Gəncə sakini universitetə girmədi, özünü asdı

APA-nın məlumatına görə, 17 yaşlı Gəncə sakini yaşadığı evdə özünü asıb. Yaxınlarının bildirdiyinə görə, yeniyetmə ali məktəbə daxil ola bilmədiyinə görə intihar edib.

Bu hadisə məzunlara psixoloji yardım xidmətinin vacibliyini göstərir.Yeri gəlmişkən, dünyanın ən varlı adamları- Bill Gates, Steve Jobs, Michael Dell və başqaları heç universitet qurtarmayıblar.

Davamı

XS
SM
MD
LG