Keçid linkləri

2026, 27 İyul, bazar ertəsi, Bakı vaxtı 22:55

AzadliqLive - Emin Ağalarov: "Səni unutmaq"

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izlə

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izlə

00:34 28.7.2015

Rusiya muzeylərində Naxçıvan bayraqları, Dərbənd və Şamaxı açarları tapılıb

Rusiya muzeylərində Naxçıvan Xanlığının bayraqları, Dərbəndin gümüş açarı və Şamaxının açarları aşkar olunub. Bunu AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyindən APA-ya bildiriblər. Naxçıvan Xanlığının 26 iyun 1827-ci ildə işğal zamanı qənimət kimi götürülən bayrağının üzərində aypara və 8 guşəli ulduz var. "Bu günə kimi hesab olunurdu ki, Azərbaycanda bayraqda bu rəmzlər ilk dəfə 1918-ci ildə istifadə olunub".

01:08 28.7.2015

Yerevanın botanika bağında yanğın (video)

Ərazisi 80 hektar olan bağın 15 hektarı tamamilə yanıb. Yanğına qədər bu parkda 1100 növ bitki var idi, onlardan 70-i nadir bitkilər siyahısında idi. Botanika bağı 1935-ci ildə salınmışdı

03:10 28.7.2015

Uçan avtomobil

Avtomobil-təyyarələrin istehsalı ilə məşğul olan ABŞ-ın “Terrafugia” şirkəti uçan avtomobilinin görüntülərini yayıb. Əslində buna avtomobil-helikopter də demək olar.

“Terrafugia TF-X” avtomobil-təyyarəsi hələlik yalnız 3D layihəsində mövcuddur. Bəzi mənbələrə görə isə bu avtomobilin 1:10 miqyasında modeli artıq hazırdır.

12:38 28.7.2015

Azərbaycanda insan alveri, məcburi əmək

"Azərbaycanlı kişilər və oğlanlar Türkiyə, Rusiya və Ərəb Əmirliklərində məcburi əməyə məruz qalırlar." "Bununla yanaşı, Azərbaycanda da Çin, Rusiya, Türkiyə və Özbəkistandan gətirilənlər əməyə məcbur edilirlər".

ABŞ dövlət katibi John Kerry 2015-ci il üçün İnsan Alverinə dair hesabatı (2015 Trafficking in Persons (TIP) Report) təqdim edib.

Davamı

XS
SM
MD
LG