Leyla Əliyeva körpə qızı övladlığa götürüb
“Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva uşaq evində valideyn himayəsindən məhrum olan bir körpə qıza ürəkdən bağlanıb və Əminə adlı həmin körpəni övladlığa götürüb”. Bu sözləri Fondun icraçı direktoru Anar Ələkbərov APA-ya müsahibəsində deyib.
Günün sualı:
Siz övladığa uşaq götürərdinizmi? - Facebook-da müzakirə edirik.
İyulun 27-də AzadlıqLive-da radioda bu mövzuları müzakirə etdik:
Leyla və Arif Yunusun məhkəməsində Leyla Yunus deyib ki, “siz burda sirk düzəltmisiniz”
Emin Millinin qayını saxlanıb
Hökumət iş vaxtının dəyişdirilıməsini təklif edir. Səhər tezdən Bakıda işə gedənlər
Banklar bağlanır, əmanətlərin taleyi necə olacaq?
İşıqfor hardadır?- viktorina
Burdan keçən sürücüyə evə məktub gəlib ki, işıqforu qırmızı işıqda keçib.Sizcə, burda işıqfor hardadır?
İndi isə yuxarıdakı sualın cavabı:İşıqfor burdadır- hasarın dalında
Cenubnews.com-un məlumatına görə, Anar Ədilzadə adlı facebook istifadəçisi öz profilində Nərimanov (keçmiş «Sovetski») küçəsindəki hasarların arxasında gizlənən işıqforların fotolarını paylaşıb. A.Ədilzadə yazıb ki, onun dostu həmin işıqforlardan birini görmədiyi üçün qırmızı işıqdan keçib və kameraya düşüb. Daha sonra Anar Ədilzadənin dostunun evinə qırmızı işıqda hərəkət etməsi ilə bağlı MMX radar məktubu gəlib.
Avropa Oyunları ərəfəsində evlər hasara alınınan zaman həmin küçədəki işıqforlar hasarın o biri üzündə qalıb.
Qardaş - 700, bacı - 685 bal !
Gəncə şəhər sakini Elçin Qasımov II ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 700 bal toplayıb. Bacısı, onunla eyni sinifdə oxuyan və eyni qrupda imtahan verən Gülçin Qasımova isə 685 bal yığıb. Bunu APA xəbər verir.
Elçin Qasımovun özü isə Modern.az-a deyib: "Fikrimdə ADA Universitetində (Diplomatik Akademiya) oxumağı tutmuşdum. Amma orada təhsil ödənişli olduğu üçün başqa ali təhsil müəssisələrini seçmək məcburiyyətində qalıram. Əgər ADA Universitetində bizim üçün ödənişsiz təhsil imkanı yaratsaydılar oranı böyük mənuniyyətlə seçərdim. Xaricdə təhsil üçün də Dövlət Proqramına sənədlərimi vermişəm. Alınsa, yəqin ki, Türkiyədə oxumağa gedəcəm. İnşallah gələcəkdə yaxşı iqtisadçı olmaq istəyirəm”.