Keçid linkləri

2024, 03 Noyabr, bazar, Bakı vaxtı 16:44

Gürcüstanda işıq pulunu 30 faiz qaldırdılar


-

İyulun 23-də Gürcüstanın Milli Tənzimləyici Komissiyası enerji tariflərinin 4 tetri (1,6 qəpik) artırılmasını təsdiqləyib.

Komissiyanın bu qərarı parlamentdə təmsil olunmayan müxalifət partiyalarının kəskin etirazına səbəb olub.

Hökumət aztəminatlı ailələrlə bağlı ayrıca subsidiyaların verilməsini planlaşdırılır. Müstəqil iqtisadçılar subsudiyalarla bağlı fikirləri uğurlu addım hesab eləmirlər.

BU QƏRARDAN ENERJİ SATANLAR DA NARAZI QALIB…

Enerji tariflərinin artması Gürcüstanın “Energoprom” şirkətini də razı salmayıb.

Təxminən bir milyon abunəçisi olan şirkətin nümayəndəsi Michael Botsvadze deyir ki, Milli Tənzimləyici Komissiya onların müraciətini tam təsdiqləməyib:

“Bizim ümumiləşdirici təhlillərimiz onu göstərir ki, bu halda biz ziyanla işləməli olacağıq. Çünki bizim aldığımız enerji satdığımızdan daha başa gəlir. Hətta yeni tariflərlə də də biz ziyanla işləyəcəyik. Abonentlərə kommunal xidmətlərin göstərilməsindən əlavə həm də biz işçilərə əməkhaqqı verməliyik”.

Kakha Kaladze
Kakha Kaladze

Müxalifət partiyasından olan Jhondi Baqaturiya isə deyir ki, 4 tetri artım əslində təxminən 30 faizlik artım deməkdir:

Energetika naziri Kaladze vətəndaşları elektrik tariflərinin artırılmasına görə, hökuməti anlamağa çağırıb.

“Enerjinin bahalaşması energetika nazirinin göstərişi ilə olub. Hamıya məlumdur ki, Saakaşvilinin dövründə Kaxa Kaladzeyə su qiymətinə 21 elektrostansiya vermişdilər. Onları “KalaEnerji” idarə edirdi. Paylayıcı şirkət olan “EnerqoPro” da Kaladzenin nəzarətindədir”.

Həmin görüşdə iştirak edən energetika naziri Kaladze vətəndaşları elektrik tariflərinin artırılmasına görə, hökuməti anlamağa çağırıb.

ƏN DOĞRU QƏRAR...

İqtisadçı Josiph Archvadze düşünür ki, elektrik stansiyalarının işlədilməsi üçün ölkəyə idxal olunan qazın qiymətinin artmasına görə elektrik enerjisinin də bahalaşması qaçılmazdır. Amma iqtisadçı aztəminatlı ailələrə subsidiyaların verilməsini doğru addım hesab etmir. Onun fikrincə ən uğurlu variant enerjiyə qənaət edən texnologiyaların tətbiqidir.

İyulun 24-də Gürcüstananda enerji qiymətlərinin artırılması məsələsi müzakirə edilib. Baş nazir İrakli Garibashvilinin sədrliyi ilə keçirilən görüşə energetika naziri Kakha Kaladze, maliyyə naziri Nodar Khaduri və iqtisadiyyat və inkişaf naziri Georgi Kvirikashvili qatılıb. Baş nazir deyib ki, enerji tariflərinə dəyişiklik edilən zaman aztəminatlı ailələr nəzərə alınacaq.

Qeyd: Azərbaycanda enerji haqqı 6 qəpik, Gürcüstanda isə artımlardan sonra 4,18 qəpiyədir.

XS
SM
MD
LG