Keçid linkləri

Təcili xəbərlər
2021, 19 İyun, şənbə, Bakı vaxtı 07:38

Məhkəmə Müsavatın iddiasını rədd edib


Foto arxiv

1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi iyulun 24-də Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddiasını təmin etməyib.

Partiya İçra hakimiyyətini sərbəst toplaşma azadlığını pozmaqda ittiham edir.

Müsavat Partiyası qərardan apelyasiya şikayəti veriləcəyini və lazım gəlsə sonda Avropa Məhkəməsinə üz tutacağını bildirib.

Müsavat Partiyası bu il aprelin 19-da metronun “20 Yanvar” stansiyasından keçmiş “Məhsul” stadionunadək yürüş keçirməklə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib.

Bakı şəhər İcra Hakimiyyəti isə bunu məqsədəuyğun hesab etməyib və partiyaya aprelin 19-da “Məhsul” stadionunda mitinq keçirməyi təklif edib.

Müsavat Partiyası isə bununla razılaşmayaraq məhkəməyə müraciət edib.

XS
SM
MD
LG