Keçid linkləri

2024, 18 Sentyabr, çərşənbə, Bakı vaxtı 05:30

Maliyyə Nazirliyi müəllimlərin üstünə düşüb


©Shutterstock
©Shutterstock

-

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti bu ilin birinci yarısında apardığı yoxlamaların nəticələrini açıqlayıb.

Risklərin qiymətləndirilməsinin nəticələrinə əsasən tərtib olunmuş iş planına uyğun olaraq Təhsil Nazirliyinin Aparatının saxlanılmasına, nazirliyin Əsaslı Tikinti və Təchizat İdarəsinə, Azərbaycan Texnologiya Universitetinə, 3 rayon üzrə təhsil şöbəsinə və 1 internata dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılıb.

Maliyyə Nazirliyi bildirir ki, yoxlamalar nəticəsində aşkar olunan nöqsanların aradan qaldırılması, təqsirli vəzifəli şəxslər barəsində tədbirlər görülməsi üçün yerli və mərkəzi icra hakimiyyəti orqanlarına məktublar göndərilib.

Büdcənin çoxmilyardlı xərcləri qarşısında Maliyyə Nazirliyi ümumən kiçik pozuntular ortaya çıxarıb.

İlin əvvəlindən aşkar edilən artıq və əsassız ödənişlərin əsas hissəsi, yəni 3 milyon 99,4 min manat təqsirkar şəxslər tərəfindən büdcəyə qaytarılıb. Fəaliyyət göstərməyən bir ümumtəhsil məktəbində tədrisin aparılması dayandırılıb, qanunvericiliyin tələblərinin pozulması ilə yaradılmış 23 sinif komplekti və məktəbdənkənar müəssisələrdə fəaliyyəti olmayan 113 dərnək və qrup, normadan artıq saxlanılmış 39,5 ştat vahidi ləğv edilib.

Nəzarət əsasən müəllimlərin əmək haqlarının üzərinə yönəldilib.

Başqa yerdə işlə təmin olunduğu müəyyən edilmiş 78 nəfər məcburi köçkünə orta aylıq əməkhaqqının və 110 fənn kabinəsinə rəhbərliyə görə əlavə haqqın ödənilməsi dayandırılıb.

Azərbaycan Texnologiya Universitetində ciddi pozuntular hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.

Orta aylıq əməkhaqqı aldıqları və faktiki olaraq işləmədikləri halda aylıq əməkhaqqı üzrə ödəniş dərəcələri artırılmış 176 nəfər pedaqoji işçinin dərəcələri əvvəlki səviyyəyə qaytarılıb, yenidən psixoloji-tibbi-pedoqoji komissiyadan keçirilməsi nəticəsində evdə təhsilə cəlb edilmiş şagirdlərin sayı 214 nəfər azaldılıb.

Azərbaycan Texnologiya Universitetində ciddi pozuntular hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.

Büdcə təşkilatlarında maliyyə qaydalarının pozulmasına yol vermiş vəzifəli şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən 428 nəfər vəzifəli şəxs 263,8 min manat məbləğində cərimə edilib.

Prokurorluqla yazışmalar nəticəsində 450,21 min manat məbləğində mənimsəmə halları aşkar edilib.

XS
SM
MD
LG