Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:03

Beynəlxalq Bankda atalar və oğullar


Beynəlxalq Bankın binası
Beynəlxalq Bankın binası

-

Deyilənə görə, iyulun 22-də Beynəlxalq Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.

Hərçənd bankın sayı 1500-dən çox olan səhmdarları bu haqda xəbərsizdirlər və yığıncağın nəticəsi barədə məlumatı mətbuatdan əldə ediblər.

Qanunvericiliyə əsasən, ümumi yığıncaq haqda bütün səhmdarlar yazılı şəkildə xəbərdar edilməli və onlara yığıncaqda iştirak üçün şərait yaradılmalıdır.

Bir qayda olaraq bu bank ümumi yığıncağını dar çərçivədə təşkil edir. Cahangir Hacıyevin İdarə Heyətinin sədrliyindən rəsmən kənarlaşdırıldığı 2 aprel tarixli ümumi yığıncaqda olduğu kimi, bu dəfə də iclasa bankda dövləti və iri səhm sahiblərini təmsil edən şəxslər iştirak ediblər.

Budəfəki yığıncaqda bankın Müşahidə Şurasının və İdarə Heyətinin tərkibi, səhmlərinin formasının sənədlidən sənədsizə dəyişdirilməsi barədə məsələlərə baxılıb.

Bankın İdarə Heyətinin 4 üzvü - Emil Mustafayev, Vaqif Əkbərov, Qubad Hüseynov və Rəşad Hacıyev tutduqları vəzifələrdən azad ediliblər. Formal səbəb kimi onların səlahiyyət müddətlərinin başa çatması göstərilir.

Amma bankın Audit Komitəsinə, kreditlərin verilməsi zamanı bank və mülki qanunvericiliyin tələblərinə riayət edilməsi məsələlərinin araşdırılması, eləcə də aşkar olunmuş nöqsanlara yol vermiş şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsi və onların məsuliyyətə cəlb olunması üçün tədbirlərin görülməsinin həvalə edilməsi onu göstərir ki, C. Hacıyevin komandası vəzifədən azad olunmaqla yaxasını kənara çəkə bilməyəcək.

Elmar Məmməd oğlu Məmmədov 4 il müddətinə İdarə Heyətinin sədri vəzifəsinə, Murad Oqtay oğlu Şirəliyev və Ülvi Eldar oğlu Mansurov isə həmin müddətə İdarə Heyəti sədrinin müavinləri vəzifələrinə təyin ediliblər.

Yeni seçilmiş İdarə Heyətinə maliyyə sağlamlaşdırılması, kredit siyasətinin yenidən işlənib hazırlanması, bankın təşkilati strukturunun və filial şəbəkəsinin təkmilləşdirilməsi və s. məsələlərin həlli tapşırılıb.

Maraqlıdır ki, qeyd olunan hər üç şəxs məşhurların övladlarıdır. Yeni sədr E. Məmmədov Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin prezidenti Məmməd Məmmədovun oğludur. Bu vəzifəyə gətirilənədək o, digər dövlət bankının – “Azər-Türk Bank” ASC-nin İdarə Heyətinə başçılıq edib.

Onun müavini Murad Şirəliyev bunadək “Kapital Bank” ASC-nin Müşahidə Şurasında təmsil olunub.

“Paşayevlərin adamı” kimi tanınan bir şəxsin bankın sağlamlaşdırılması və özəlləşdirilməyə hazırlanması kimi mühüm bir dövrdə Beynəlxalq Banka mühüm bir posta gətirilməsi “Kapital Bank”ın özəlləşdirmə ssenarisinin təkrarlanması ilə nəticələnə bilər.

Murad səhiyyə naziri Oqtay Şirəliyevin oğludur və bəzi ekspertlər belə güman edirlər ki, “Paşayevlərin adamı” kimi tanınan bir şəxsin bankın sağlamlaşdırılması və özəlləşdirilməyə hazırlanması kimi mühüm bir dövrdə Beynəlxalq Banka mühüm bir posta gətirilməsi “Kapital Bank”ın özəlləşdirmə ssenarisinin təkrarlanması ilə nəticələnə bilər.

İdarə Heyətinin digər üzvü Ülvi Mansurov tanınmış bəstəkar Eldar Mansurovun oğludur.

Ülvi bir neçə il bundan öncə “Bank Technique” ASC-yə Beynəlxalq Bankdan məhz ona görə gətirilmişdi ki, bankın keçmiş MŞ sədri Etibar Əliyevdən qalma mirası təmizləmək missiyasını yerinə yetirsin.

İndi isə əks proses baş verir…

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG