Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 07:00

Rövnəq Abdullayev neftn qiymətinə bu proqnozu verir


Rövnəq Abullayev
Rövnəq Abullayev

-

«Neftin qiyməti iqtisadi amillərdən daha çox siyasi amillərdən asılıdır. Elə bir səviyyə var ki, neftin qiyməti ondan aşağı düşə bilməz».

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.

O, deyir ki, neftin satış qiymətinin maya dəyərindən aşağı düşməsi bazarda böyük problemlər yaradır: "Bu gün SOCAR-ın neft hasilatı maya dəyərindən aşağıdır. Buna görə, baş verənlər bizə o qədər də təsir etmir».

Rövnəq Abdullayev düşünür ki, qarşıdakı 1-2 il ərzində neftin qiyməti 65-75 dollar arasında dəyişəcək.

Müstəqil ekspertlərin hesablamalarına görə Azərbaycan neftinin hasilat və Ceyhan limanına qədər daşınması xərcləri bir barell üçün 12-15 ABŞ dollarıdır. Son bir ildə neftin qiyməti az qala 2 dəfə düşsə də hələlik onun satış qiyməti maya dəyərini təxminən 3 dəfə üstələyir.

Rəsmi məlumata görə iyulun 21-də Azərbaycan neftinin bir barrelinin satış qiyməti təxminən 57 ABŞ dolları olub.

XS
SM
MD
LG