Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:20

Talibanla dialoqun 2-ci mərhələsi olacaq


Mohammad Ismail Qasimyar

Əfqanıstan hökuməti ilə Taliban arasında danışıqların ikinci mərhələsi iyulun 30-da olacaq.

Kabil Ali Sülh Şurasının rəsmisi Mohammad İsmail Qasimyar bildirib ki, tərəflər hazırda görüşün yeri də daxil olmaqla danışıqların detallarını müzakirə edirlər.

Onun sözlərinə görə, görüş Çində keçirilə bilər.

Qaimyar bildirib ki, Kabil Talibanı atəşi müvəqqəti dayandırmağa çağıracaq.

Qasimyar qeyd edib ki, biz atəşkəsə hazırıq və bu talibançılarında buna hazır olması üçün yaxşı sınaq olacaq.

Danışıqların birinci mərhələsi ABŞ və Çin rəsmilərinin vasitəçiliyi ilə iyulun 7-də Pakistanın paytaxtı İslamabadda olub.

Əfqanıstan prezidenti Ashraf Ghani Talibanla sülh prosesinin hökumətin qarşısında duran əsas məsələ olduğunu bildirib.

XS
SM
MD
LG