Keçid linkləri

Təcili xəbərlər
2021, 15 İyun, çərşənbə axşamı, Bakı vaxtı 08:26

Asif Yusifliyə hökm oxunacaq


Asif Yusifli

-

İyulun 23-də AXCP-nin Rəyasət Heyətinin üzvü, Qarabağ müharibəsi əlili Asif Yusiflinin məhkəməsində vəkili Fəxrəddin Mehdiyev son nitqlə çıxış edib.

O bildirib ki, bu işdə cinayət tərkibi yoxdur, Asif Yusiflinin təqsiri sübuta yetirilməyib. Vəkilin fikrincə, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı ittiham qərəzlidir və bu ittihamlar onun siyasi fəaliyyəti ilə bağlıdır.

Fəxrəddin Mehdiyev prokurorun 8 il iş istəməsini də ədalətsiz saydığını bildirib.

Məhkəmə iyulun 30-da davam edəcək. Həmin prosesdə hökm oxunması gözlənir.

Asif Yusifli 2014-cü il noyabrın 25-də həbs edilib. O, bir nəfərin 6 min 500 manatını dələduzluq yolu ilə mənimsəməkdə və sənədlərin saxtalaşdırılmasında ittiham olunur.

Asif Yusifli həmin şəxsə bütün məbləği və əlavə 1200 manat ödəsə də, proses davam etdirilir.

XS
SM
MD
LG