Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:13

ABŞ rəsmisi Bakıda münasibətlərin soyumasından danışıb


Richard Hoagland
Richard Hoagland

-

«Diplomatiya və beynəlxalq əlaqələr ailədəki münasibətlərə bənzəyir – hərdən hər şey yaxşı və rahat gedir, hərdən isə problemlər yaranır».

Trend-in verdiyi məlumata görə, bunu ABŞ dövlət katibi köməkçisinin baş müavini Richard Hoagland iyulun 23-də Bakıda keçirdiyi mətbuat konfransında deyib.

ABŞ rəsmisi əlavə edib ki, əhəmiyyətli olan tərəflərin bir-birinə etibar etməsi və hörmətlə yanaşması, həmçinin bu problemlər üzərində işləməsidir.

«Biz ötən zaman ərzində Azərbaycana güclü investisiya yatırmışıq. Əminəm ki, bu gələcəkdə də davam edəcək. Ola bilsin ki, indiki dövrdə bu, nisbətən yavaşıyıb. Lakin münasibətlərin gələcək inkişafından asılı olaraq ABŞ-ın Azərbaycana yatırdığı investisiyanın həcminin də artması mümkündür», - deyə o bildirib.

R.Hoagland Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla da görüşüb.

Nazirliyin yaydığı məlumatda deyilir ki, R.Hoagland ölkəsinin İpək Yolunun inkişaf etdirilməsi yönündə təşəbbüsləri dəstəklədiyini qeyd edib. O, Azərbaycanın bu istiqamətdə vacib rola malik olduğunu vurğulayıb.

Elmar Məmmədyarov Bakı-Tbilisi-Qars və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyətini qeyd edərək, Azərbaycanın tarixi İpək Yolunun dəmir-yolu, quru, dəniz, hava və hətta informasiya və kommunikasiya seqmentlərinin inkişafına əsaslı töhfə verdiyini deyib.

Richard Hoagland Azərbaycanda rəsmi səfərdədir. Səfər iyulun 23-də başlayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG