Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:08

Yaxşı, bütün bunlardan nə nəticə çıxaraq?


Şanxay Əməkdaşlıq Təşkilatının Ufa sammiti - 10 iyul 2015
Şanxay Əməkdaşlıq Təşkilatının Ufa sammiti - 10 iyul 2015

-

Bakı ABŞ-ın nə demək istədiyini anlamaqda çətinlik çəkir...

Rusiyada bu yaxınlarda baş tutan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammitinin ən maraqlı xəbərlərindən biri də o oldu ki, Ermənistan, Azərbaycan, Kamboca və Nepal bu təşkilatın yeni «dialoq tərəfdaşları» oldular.

eurasianet.org saytında Joshua Kucera yazır ki, "dialoq tərəfdaşı"nın rolu elə də aydın deyil və ölkələr üzrə fərqlənir.

Belə ki, Belarus dialoq tərəfdaşıdır və qurumda aktiv rol oynayır. Türkiyə 2013-cü ildə dialoq tərəfdaşına çevrilib və o vaxtdan ŞƏT-lə Ankara ictimai toplantılarda bir-birinə saymazyana yanaşıb. Ancaq deyəsən, bu qurumun bir hissəsinə çevrilmək geosiyasi niyyət göstəricisidir. Ermənistanın üzvlüyü də təəccüblü deyil. Azərbaycanın quruma girməsi isə ən çox maraq oyadan məsələdir. Azərbaycan ŞƏT-a daxil olmaqdan nə qazana bilər axı?

«Bir tərəfdən ŞƏT-in Qərbin insan haqları normalarına daha zəif diqqət ayırması Azərbaycan üçün cəlbedici ola bilər. Üstəlik, bu ölkənin Birləşmiş Ştatlar və Avropa ölkələri ilə ədavəti getdikcə artır. Belə ki, Bakı siyasətinin və insan haqlarına münasibətinin haqsız tənqidə məruz qaldığını deyir».

Müəllifin fikrincə, ŞƏT tərəfdaşlığı Bakının Qərbin sadiq müttəfiqi olması iddialarına da ziyan vura bilər. Ancaq Azərbaycanın Qərbi getdikcə daha çox tənqid etməsini və eyni zamanda Rusiya ilə flirtini (mazaqlaşmasını) nəzərə alaraq demək olar ki, Bakı özünü geosiyasi mübarizədə bir mükafat kimi təqdim edə, Qərbə göstərə bilər ki, Bakının maraqlarını gözardı etmək riski var.

Ancaq Azərbaycanın özündə də bu məsələ müzakirə doğurur. Məsələn, deputat Zahid Orucun fikrincə, Bakının Qərb ölkələrinin indiki rəhbərliyi ilə münasibətlərinin soyumasına baxmayaraq, Azərbaycanın Avropadan üz çevirmək niyyəti yoxdur.

«Yaxşı, bütün bunlardan nə nəticə çıxaraq? Görünür, Bakıda ŞƏT-lə əməkdaşlıq üzrə fikir ayrılığı var. commonspace.eu saytı qeyd edir ki, Azərbaycanın xarici işlər naziri Moskvaya iki səfər edib. Bu səfərlər Moskvanın Qarabağ məsələsində yeni təşəbbüslə çıxış edəcəyinə dair ehtimal yaradıb. Bakının xarici siyasətində son dövrlər yaranmış hərc-mərcliyi nəzərə alsaq, deməli, bir az da üstünə gələcək. Bizimlə qalın».

İlham Əliyev
İlham Əliyev

AZƏRBAYCAN MEDİASI: ABŞ-LA BARIŞIQ ASAN GÖRÜNMÜR

eurasianet.org saytı Azərbaycanla bağlı daha bir məqalə dərc edib. Giorgi Lomsadze yazır ki, bir müddət uzaqlaşmadan sonra Bakı Vaşinqtonla dostlaşmaq şərtlərini irəli sürüb.

«Bu təkliflər yerli xəbər orqanlarında şərhlər formasında üzə çıxır. Belə ki, Azərbaycanda media əsasən hökumətin diktəsi ilə oturub-durur. Bakının tələbi olduğu kimi qəbul edilməkdir; ABŞ insan haqları qurumlarının getdikcə avtoritarlaşan ölkə saydığı Azərbaycanı dəyişmək fikrindən daşınmalıdır. Bu fikir əvvəllər də səslənib. Ancaq indi Azərbaycan mövqeyində daha israrlıdır. İyulun 14-də İran sazişi əldə olunandan sonra Azərbaycan Tehrana təklif edir ki, Avropaya gedən kəmər layihələrinə qoşulsun. Beləliklə Bakı Qərblə yeni alver predmetləri əldə edir».

«Bakı ABŞ-ın nə demək istədiyini anlamaqda çətinlik çəkir. ABŞ Dövlət katibinin müavini Victoria Nuland-ın tərəfdaşlığın genişləndirilməsi vədlərinin ardınca tənqidlər gəldi. Ancaq hökumətə meylli media orqanları, deyəsən, bütün bu mesajları aydın görə bilmir», - müəllif yazır.

«Bakının Moskvaya qucaq açmasından Vaşinqton deyil, jurnalistlər və ekspertlər narahatlıq bildirib. Ancaq hökumət yenə də iddia edir ki, bu oyunçular Ağ Evdən müstəqil şəkildə hərəkət edə bilməzdi. «Düşmən ola bilərik, ancaq bunun ziyanı kimə dəyəcək?» - Prezident İlham Əliyev ABŞ-Azərbaycan münasibətlərini belə xarakterizə edib. Görünür, belə düşünürlər ki, ziyan çəkən Azərbaycan deyil».

XS
SM
MD
LG