Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:13

Kim Heminqueyə oxşayır?


Heminqueyin oxşarları yarışmasının qalibi, 2014-ci il
Heminqueyin oxşarları yarışmasının qalibi, 2014-ci il

- "Bu il 125 kişi qatılacaq müsabiqəyə. Bəzən 20 il qalib olmayıb. Pul mükafatı da yoxdur. Bununla belə, yenə keçirilir, kişilər yenə də qoşulurlar bu müsabiqəyə"

35-ci Heminqueyin oxşarları müsabiqəsi

Yüzdən çox ağ saqqallı, ağır çəkili, xaki rəngdə köynək-şalvar və yaxud da balıqçı geyimi geyinmiş kişi Ernest Heminqueyin (Ernest Hemingway) oxşarları müsabiqəsinə girmək üçün bir yerə toplaşıb.

Müsabiqə 23-25 iyulda ABŞ-ın Florida ştatında keçirlir, qalibi 25 iyulda elan edilir. Bu il 125 kişi qatılacaq müsabiqəyə.

“Qoca və dəniz”, "Əlvida, silah!" kimi romanlar müəllifinin 1930-cu illərdə yaşadığı bu yerdə müsabiqə 35 ildir ki, keçirilir.

Seçim mərhələsi yazıçının pivə içdiyi “Sloppy Joe barı”-nda olur. Müsabiqədən fotolara burada baxmaq olar.

Bəzən 20 il qalib olmayıb. Pul mükafatı da yoxdur. Bununla belə, yenə keçirilir, kişilər yenə də qoşulurlar bu yarışmaya.

Namizədlər arasında yaşlı kişilər çox olsa da, bəzən cavan oğlanlar da gəlir və final mərhələsinə qədər gedib çıxa bilirlər.

Müsabiqə Floridada hər il keçirilən Heminuey Günlərinin bir hissəsidir. Bu il onlar yazıçının 116-cı ad gününü qeyd edir.

"The Guardian" yazır ki, yazıçı uzun müddət əvvəl vəfat etsə də, hələ də bu yerlərdə ona pərəstiş edirlər.

Bəzi yarışmaçılar qalib gəlməyəcəklərini özləri əminliklə deyirlər, amma dostluq, yoldaşlıq xatirinə hər il burdadırlar.

XS
SM
MD
LG