Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:08

Heminquey kotleti – HEMBURGER


Ernest Heminquey
Ernest Heminquey

-

Heminquey haqqında gurultulu çox söz söyləmək olar. Saqqallı, uzun boğazı diqqətdən qaçmayan, iplikli köynək geyinən, ötən əsrin 60-cı illərində eyni, amma minlərcə şəkildən minlərlə sovet ziyalısını baxışlarıyla sehrləyən ünlü yazardan söhbət gedir. Elə bir yazardan ki, özünə macəra dolu bir həyat düşünüb, bu həyatı partlayan mərmilər, qaçışan buğalar, gözəl qadınlar, içki şüşələri, boksçu əlcəkləri, Afrikanın yamyaşıl təpələri, Kubanın masmavi dalğaları arasında yaşayıb. Elə bir yazardan ki onlarla təkrarsız hekayə və bir çox dünyaya ad salmış kitab yazıb.

«Komsomolskaya pravda» qəzeti ünlü Amerika yazıçısıyla bağlı maraqlı bir sənədə diqqət çəkib. Bu sənəd bir neçə ay öncə C.F. Kennedi adına Prezident Kitabxanasındakı arxivdən götürülüb. Söhbət Heminqueyin öz əliylə makinada çap etdiyi sevimli yeməyindən, daha doğrusu, həmin yeməyin reseptindən gedir. Ona «ata» deyəndə sevinən, Amerika ədəbiyyatının bu saqqallı əfsanəsinin xatirəsini yad etmək istəyirsinizsə, elə indi bu yeməyi hazırlaya bilərsiniz. «Hamburger» adlansa və məhz adi kotlet nəzərdə tutulsa da, onu çörək arasına qoymağa ehtiyac qalmayacaq.

VƏHŞİ QƏRBDƏN YADİGAR VƏ «ATA»NIN DƏFƏLƏRLƏ BİŞİRDİYİ SEVİMLİ HAMBURGER

Qızardılmış hamburger niyə boz, yağlı, dadsız və kağız vərəqi tək nazik olsun ki? Çəkilmiş ətə istədiyiniz hər şeyi qata bilərsiniz – nazik doğranmış göbələyi, sous-kokteyli, xırda-xırda dilimlənmiş sarımsaq-soğanı, əzilmiş badamı, bir qaşıq «Pikadilli»ni, başqa da ürəyinizdən nə keçsə, onu.

HEMBURGERİN TƏRKİBİ:

- 450 qram şəkilmiş (və yağsız) mal əti;

- 2 diş xırda doğranmış sarımsaq;

- 2 ədə xırdaca doğranmım göy soğan;

- cəfəri;

- 1 çay qaşığı hind relişi (*);

- 2 çay qaşığı kapers;

- 1 çay qaşığı dişotu;

- yarım çay qaşığı «Bomond»* qatqısı;

- yarım çay qaşığı «Mey Yen»* qatqısı;

- duz və bibər;

- kasada çalınmış bir ədəd yumurta;

- təxminən 75 mq qırmızı və ya ağ turş çaxır;

- kotleti qızartmaq üçün bir xörək qaşığı birki yağı.

NƏ ETMƏLİ?

Çəngəllə çəkilmiş əti yayıb-qarışdırıb, soğan, sarımsaq, ədviyyat qatandan sonra çəngəl və ya barmaqlarınla təkrar qarışdır. Süfrəni açınca, yaxud salatı hazırlayıb qurtarınca, ət camını 10-15 dəqiqəlik bir qırağa qoyun (soyuducuda saxlamayın). Daha sonra üzərinə reliş (açıqlaması ayrıca verilib) və Cənubi Avropa və ya Şmali Afrikada bitən kapari çiçəyi (bəzi ölkələrdə onu cincilimlə əvəzləyirlər) və çaxır əlavə edin və ət bunları canına çəkincə, təxminən 10 dəqiqə gözləyin (təbii ki, vaxtınız və aclıq dərəcəniz imkan verirsə).

İndi əlinizlə 4 qalın və canlı-qanlı kotlet yapın. Qalınlığı 2,5 sm-ə çatan kotletlər gərək yumşaq olsun və dağılmasın. Tavaya kotleti qoyarkən ət qaynar olmalı və yanmamalıdır (aşırı qızardılmamalıdır). Qaz plitəsinin odunu azaltmaq və kotletləri 4 dıqiqə qızartmaq lazımdır. Daha sonra tavanı odun üstündən götürün və odun şiddətini artırın. Kotletləri tərs üzünə çevirəndən sonra tavanı yenə qaz plitəsinə qoyub, bir dəqiqə gözləyin, sonra qazın şiddətini azaldaraq daha 3 dəqiqə səbr edin. Kotletin hər iki üzü parlaq və qəhvə rəngində olmalı, içərisi qızılgül rənginə çaımalı və canlı-qanlı qalmalıdır.

KİÇİK AÇIQLAMA:

Hindistan relişi – göy pomidor, kərəviz, qırmızı bibər, zəncəfil və başqa ədvalardan hazırlanmış qəliz sous. «Hemburger»də bunu Hindistan mağazalarında satılan hər hansı başqa ədvayla əvəzləmək olar.

«Bomond» – duzdan və xırdaca doğranmış qurudulmuş soğan və kərəviz toxumlarından (yalnız kərəvizlə yetərlənmək olar) hazırlanır.

«Меy Yen» – nadir əlavə (natrium-qlutamatdan ibarət).

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG