Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:50

Gəncəyə uçan təyyarə məcburi eniş edib


Uzbekistan -- Ural Airlines plane
Uzbekistan -- Ural Airlines plane

-

Moskvadan Gəncəyə uçan «Ural» Hava Yollarına məxsus təyyarə Rusiyanın Mineralnıye Vodı şəhərində məcburi eniş edib.

Təyyarənin sərnişinləri yaxın 1.5 saat ərzində Gəncəyə yola salınacaq.

Bu barədə apa-ya «Ural» Hava Yollarının Gəncə üzrə nümayəndəsi Akif Ələkbərov bildirib.

Onun dediyinə görə, təyyarə naviqasiya sistemində yaranan nasazlıq ucbatından Mineralnıye Vodı şəhərinə enib: «Aldığımız məlumata görə, artıq təyyarədə yaranan nasazlığı aradan qaldırmaq üçün Moskvadan Mineralnıye Vodı şəhərinə mütəxəssislər gəlir. Yaxın saatlarda nasazlıq aradan qaldırılacaq. Buna baxmayaraq sərnişinlər 1-1.5 saat ərzində başqa bir təyyarə ilə Gəncəyə yola salınacaq».

XS
SM
MD
LG