Rusiya NATO ölkələrinin iştirakı ilə Ukraynanın qərbində keçirilən hərbi təlimlərin təxribat xarakterli olduğunu deyir.
Rusiyanın NATO-dakı elçisi Aleksandr Grushko iyulun 21-də bildirib ki, bu manevrlər bu ilin fevralında Ukrayna ilə bağlı Minskdə əldə edilmiş atəşkəs sazişinin yerinə yetirilməsini pozur.
Ukrayna müdafiə nazirliyinin məlumatına görə, iyulun 20-də başlayan təlimlərdə 2000-dək hərbçi iştirak edir.
16 ölkənin iştirakı ilə keçirilən hərbi təlimlər avqustun 1-dək davam edəcək.
Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qoşunları ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6500-dən çox adam ölüb.