Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 13:33

Əsgər ölüb, yoxsa...


İman İmanov
İman İmanov

-

«Ölüyaran, patoloq-anatom həkim dörd qabırğasının qırıldığını, birinin ürəyə batdığını bildirdi...».

Azərbaycan ordusunun Naxçıvanda xidmət edən əsgəri İman İmanov iyulun 15-də həlak olub. Yerli mediada əsgərin günvurmadan ölməsi barədə xəbərlər yayılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən «Trend»ə verilən məlumata görə, əsgər günvurmadan yox, baş beyin kötüyündə törəmə (şiş) olması səbəbindən huşunu itirib. İlkin tibbi yardım göstərilməsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Hərbi Komissarlıq başında törəmə olan çağırışçını əsgərliyə necə yola salıb?

Əsgərin ailəsi oğullarının başında şiş olmasını bilmirmiş. Atası Fətəli İmanov:

«İman nə əvvəl, nə də hərbi xidmətdə olduğu vaxt səhhətindən gileylənməyib. Hərbi komissarlıqda tibbi müayinədən sağlam olaraq keçib. Başında şiş olmasını ölümdən sonra öyrəndik».

İLKİN TİBBİ EKSPERTİZADA ƏKSİNİ TAPMAYAN QIRIQLAR…

Əsgərin nəşinə baxış zamanı ata Fətəli İmanov orada olub:

«Ürək nahiyəsində ovuc boyda saraltı var idi. Ölüyaran, patoloq-anatom həkim dörd qabırğasının qırıldığını, birinin ürəyə batdığını bildirdi. Deyilənə görə, qabırğalar ilkin tibbi yardım zamanı ürək masajı nəticəsində qırılıb. Ancaq onun xidmət etdiyi yerdə həkim olmayıb. Təcili yardım vertolyotunda keçinib».

Qabırğa qırıqlarının səbəbi istintaqdan sonra məlum olacaq. Müdafiə Nazirliyi bildirir ki, faktla bağlı hazırda araşdırma aparılır.

25 yaşlı İman İmanov Naxçıvan Türk Liseyinin məzunu olub. Ali təhsilini Türkiyədə İstanbul Texnik Universitetində alıb. 2014-cü ilin oktyabrında Naxçıvan şəhər Hərbi Komissarlığından xidmətə yollanıb.

XS
SM
MD
LG