Iyulun 21-də AzadlıqLive-da Radioda bu mövzular müzakirə olundu:
Amerikalı həmsədr Qarabağ sülh prosesinin prinsiplərindən danışır
Yunan adaları qiymətinə Bakı mənzilləri
İntiqam Əliyev və Rəsul Cəfərovun məhkəmələri
İlham Əliyev atasının siyasi kursunu dəyişir?
İlham Əliyev:"Bəzi məlumatları məndən gizlətməyə çalışırlar"
İlham Əliyev xəbərləri internetdən özünün oxuduğunu deyib:“Bəzi məlumatları məndən gizlətməyə çalışırlar, amma mənim bütün məlumatlardan xəbərim var. Çünki mən media və saytlar vasitəsilə o məlumatları izləyirəm, oxuyuram. Bu baxımdan əməkdaşlığımızın davam etməsində maraqlıyam”. Aznews.az saytının məlumatına görə bunu İlham Əliyev Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə görüşündə deyib.
İlham Əliyev:"məlumatı mətbuatdan əldə edirəm"
İlham Əliyev Mətbuat Şurası üzvləri ilə görüşdə deyib: "hər hansı bir xoşagəlməz vəziyyət yarananda mən məlumatı, o cümlədən mətbuatdan əldə edirəm. Bu, mənim üçün də çox əhəmiyyətlidir. Çünki yəqin siz də bilirsiniz ki, Prezidentin hadisələrlə bağlı bilavasitə mətbuata çıxışı yoxdur, vasitəçilər, köməkçilər, administrasiya işçiləri, digər mənbələr var. Ona görə, bəzi hallarda məlumat ya gecikir, ya gəlmir, ya da, o da sirr deyil ki, məlumatı gizlətmək istəyirlər. Ona görə Azərbaycanda azad mətbuatın mövcudluğu mənim də işimi yüngülləşdirir. Administrasiyada, digər yerlərdə, digər strukturlarda işləyənlər bunu bilirlər ki, mən bəzi hallarda məlumatı onlardan tez əldə edirəm və dərhal reaksiya verirəm. Ən azı, bu, yoxlanılmalıdır, əgər həqiqətdirsə ölçü götürülməlidir. Ona görə sizin işiniz mənim üçün də çox dəyərlidir, əhəmiyyətlidir "