Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 11:26

"İlham Əliyev atasının siyasi kursundan çıxır"


Heydər və İlham Əliyevlər (customs.gov.az)
Heydər və İlham Əliyevlər (customs.gov.az)

-

"Heydər Əliyev hökuməti tənqidlərə daha dözümlü idi.

İndi isə “Şpigel”də tənqidi bir məqalə çıxanda hökumət bunu şəxsi qəbul edir - elə bilirlər ki, yazını Merkel yazıb”.

Oğul Əliyevin son dövrlərdəki siyasi çıxışlarının tonu ata Əliyevdən fərqlidir:

İlham Əliyevin Qərblə yüksək və amiranə, hətta hədə tonunda danışığı hakim Əliyevlər ailəsi üçün yenidir.

Bəzi müşahidəçilər üçün bu, İlham Əliyevin atası, keçmiş prezident Heydər Əliyevin siyasi kursundan uzaqlaşması kimi görünür, bəziləri üçünsə sadəcə forma dəyişikliyi kimi. Müqayisə üçün:

2015-ci il, iyul. İlham Əliyev avrointeqrasiya haqqında:

“Biz heç yerə inteqrasiya olmuruq. Hara olmuşuq, kifayətdir. Lazım olarsa, başqa birliklərə də üzv olarıq, ancaq bərabərhüquqlu tərəfdaş kimi, ləyaqətli ölkə kimi”.

2002-ci il, dekabr. Heydər Əliyev avrointeqrasiya haqqında:

"Biz istəyirik ki, xalqımızı Avropa dəyərlərinə daha da yaxınlaşdıraq. İndi biz müstəqil Azərbaycanda Qərb ölkələri ilə, Avropa ölkələri ilə inteqrasiya haqqında danışırıq. İnteqrasiya deyəndə, daha çox iqtisadi məsələləri nəzərdə tuturlar. Amma bu, belə deyildir. İnteqrasiya bütün sahəni əhatə edir".

Atalar və oğullar?

Hikmət Hacızadə
Hikmət Hacızadə

​Yeni Azərbaycan Partiyası İlham Əliyevi Heydər Əliyev siyasətinin layiqli davamçısı kimi təqdim edir.

Politoloq Hikmət Hacızadə isə hesab edir ki, İlham Əliyev Heydər Əliyev siyasi kursundan çıxır:

Heydər Əliyev yüz siyasi məhbus saxlamazdı.

“Heydər Əliyev öz ailəsinin maraqları üçün yaxşı idarəçi idi. O, belə danışmazdı. İlham Əliyev öz hakimiyyətinin, öz ailəsinin və klanının xeyrinə işləmir.

Natiq Cəfərli
Natiq Cəfərli

Belə rəftar diktaturanın getməsi və demokratik seçki ilə nəticələnəcək. Heydər Əliyev yüz siyasi məhbus saxlamazdı”.

Müxalif ReAL hərəkatının icra katibi Natiq Cəfərli isə deyir ki, hələlik siyasi kursun dəyişməsindən danışmaq tezdir: “İlham Əliyevin danışıq tonunda fərq aydın görünür, mərhum Heydər Əliyev Avropa Şurası barədə çox həvəsli idi, bütün prosesə rəhbərliyi özü edirdi. Amma hələlik Avropa Şurasına qarşı real addım atılmayıb, əgər İlham Əliyev Şuradan çıxsa, Rusiyanın qurduğu Gömrük İttifaqına qəbul olunsa, bu, kursun real olaraq dəyişməsi demək olacaq”.

Hələlik İlham Əliyevin fərqli ritorikası Qərb və Rusiya arasında “bazarlıq” a xidmət edir.

Natiq Cəfərli hesab edir ki, hələlik İlham Əliyevin fərqli ritorikası Qərb və Rusiya arasında “bazarlıq” a xidmət edir.

"Heydər Əliyev heç vaxt qərbyönümlü olmayıb"

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

Politoloq Zərdüşt Əlizadə isə deyir ki, dəyişən heç nə yoxdur - Ilham Əliyev tamamilə Heydər Əliyevin siyasətini davam etdirir: “Qaydaları yazib verib əlinə ki, bu yazıq xalqı sür, o da atasının dediyini edir, heç bir dəyişiklik yoxdur. Bu iki prezidentin siyasətinin mahiyyəti eynidir.

Bu iki prezidentin siyasətinin mahiyyəti eynidir.

Heydər Əliyev heç vaxt Qərbyönümlü olmayıb - məgər Heydər Əliyevin dövründə Azərbaycan Qərb dəyərləri ilə idarə olururdu? Yox! Dəyişən ancaq forma ola bilər, məzmun eyni qalır”.

İki Əliyevin siyasətində ilk baxışda nəzərə çarpan başqa təzad onların mediaya münasibətidir. Heydər Əliyev jurnalistlərə tez-tez müsahibə verirdi, ictimaiyyətə daha açıq idi. İndiki prezident çox nadir hallarda yerli jurnalistlərin qarşısına çıxır.

Natiq Cəfərli deyir ki, əvvəlki Əliyev hökuməti tənqidlərə daha dözümlü idi: “İndi “Şpigel”də məqalə çıxanda hökumət bunu şəxsi qəbul edir, elə bilirlər ki, yazını Merkel yazıb”.

Heydər Əliyevin rəqibləri belə onu güclü şəxsiyyət, siyasətçi kimi xarakterizə edirlər. Oğul Əliyev haqqında belə rəy yoxdur. Zərdüşt Əlizadə deyir ki, atası olmasaydı, İlham Əliyev yəqin ki, siyasətə gəlməyəcəkdi: “Heydər Əliyevin etdiklərinin mində birini edə bilməz- o, istedadlı, amansız adam idi. Səfehlərdən, naşılardan, tamahkarlardan istifadə etdi, hakimiyyətə gəldi. İlham Əliyev isə hakimiyyəti hazır aldı”.

İlqar adlı oxucu isə AzadlıqRadiosuna yazır: “Rəhmətliyin vaxtında bu qədər məmur özbaşınalıgı yox idi”.

Heydər Əliyev, yoxsa, İlham Əliyev (Forum)

XS
SM
MD
LG