Keçid linkləri

2025, 20 Dekabr, şənbə, Bakı vaxtı 05:39

AzadlıqLive - Şeyxin qardaşı: "kişilik şortiklə ölçülmür"

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izlə

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə​

(AzadliqLive burdan dinlə - Link axşam saat 8-də aktivləşəcək)

13:07 21.7.2015

Saakashvili dənizi zəbt edənlərin hasarını dağıdır

Ukraynanın Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvili şəhər çimərliklərini zəbt edən, hasarlar çəkərək "özəlləşdirən" oliqarxların hasarlarını dağıdır.

14:25 21.7.2015

Kannda Azərbaycan atəşfəşanlığı(video)

Azərbaycan Kannda ənənəvi “Pirotexnika sənəti” festivalında iştirak edir. Festival “Bakı Atəşfəşanlıq Qrupu” nun şousu ilə başlayıb. Azərbaycan Heydər Əliyev Fondunun dəstəyi ilə bu festivalda 2013-cü ildən iştirak edir. Builki atəşfəşanlıq həm də müsabiqə xarakterlidir. “Bakı Atəşfəşanlıq Qrupu”nun 25 dəqiqəlik şousu Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Tofiq Quliyevin, Müslüm Maqomayevin, Ələkbər Tağıyevin əsərləri və Alim Qasımovun ifası ilə müşayiət olunub. Kannda avqustun 24-dək davam edəcək “Pirotexnika sənəti” atəşfəşanlıq müsabiqəsində Polşa, Fransa, Böyük Britaniya və Argentina da iştirak edir. Azərbaycan öz bacarığını iyulun 14-də nümayiş etdirib, ancaq Azərtac videonu indi yayıb.Video

16:09 21.7.2015

Ukrayna NATO ilə birgə hərbi təlim keçirir

Lvov vilayətinin Yarov poliqonunda irimiqyaslı hərbi təlimlərə start verilib. Ukrayna tərəfdən bu manevrlərdə 800-ə dək hərbçi iştirak edir. 1000-dən çox hərbçi isə NATO-ya üzv dövlətlərdən gəlib. Ümumilikdə bu təlimlərdə 18 dövlət iştirak edir.

17:02 21.7.2015

Bakıda yunan adaları qiymətinə evlər

Mediada məlumatlar yer alır ki, bəs Yunanıstanda ada satılır 1 milyon dollara. Bakıda evlər, hətta mənzillər var ki, bundan bahadır. Abşeronda Saray qəsəbəsində ev var, 1 milyon 700 min dollara satılır. 10-otaqlı evdir, 2400 kvadratmetr sahəsi var. 1 milyon 200 min manata isə Badamdar qəsəbəsində 4-mərtəbəli 7-otaqlı ev satılır.

Davamı

XS
SM
MD
LG