Keçid linkləri

2025, 20 Dekabr, şənbə, Bakı vaxtı 03:54

AzadlıqLive - Şeyxin qardaşı: "kişilik şortiklə ölçülmür"

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izlə

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə​

(AzadliqLive burdan dinlə - Link axşam saat 8-də aktivləşəcək)

01:07 21.7.2015

James Warlick prinsipləri açıqlayır

Dağlıq Qarabağın statusu dəqiqləşdirilməmiş Qarabağ münaqişəsinin “kompleks həlli” mümkün deyil, - bunu Yerevanda jurnalistlərlə görüşü zamanı ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri James Warlick deyib. Onun sözlərinə görə, "bu tənzimlənmə elementlərindən biri Dağlıq Qarabağı əhatə edən ərazilərin qaytarılması olmalıdır. Bu, müddəalardan biri və danışıqlar elementdir“

12:38 21.7.2015

"Azersun Holdinq”in gəlirləri müəmmalı şəkildə azalıb

Azersun Holding kimindir? - Nizamnamə kapitalı 72,5 milyon manat olan holdinqdə payların 99 faizinin Intersun International Sun Group FZCO şirkətinə məxsus olduğu açıqlanır. Qalan 1 faiz isə Abdulbari Gözəlindir.

Bununla belə, Dubaydakı “Grant Thornton” auditor şirkətinin müsbət rəy verdiyi maliyyə hesabatına görə “Azersun Holdinq” şirkətlər qrupuna əsas nəzarəti Abdulbari Gözəl həyata keçirir. Bu şirkətdə daha kimlərin pay sahibi olduğu barədə isə bir söz deyilmir. Bu holding niyə maraqlıdır? - Çünki onun qanadı altda çoxlu Azərbaycan şirkəti var

12:41 21.7.2015

Samsung ən nazik planşetləri təqdim etdi

«Samsung»un uzun müddətdir haqqında danışılan planşetləri – «Galaxy Tab S2 9.7» və «Galaxy Tab S2 8.0» təqdim olundu. Modellər daha çox incəliyi ilə diqqət çəkirlər. Qalınlığı cəmi 5,6 mm-dir.

12:43 21.7.2015

Ləzgi məscidi icmasına 3 tərəfdən təzyiq

İçərişəhərdə yerləşən ləzgi məscidi icması narazıdır. Onlar bildirir ki, Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsi məscidin fəaliyyətini dayandırmaq üçün müxtəlif əngəllər yaradır

Davamı

XS
SM
MD
LG