Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 14:37

AzadlıqLive - Şeyxin qardaşı: "kişilik şortiklə ölçülmür"

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izlə

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə​

(AzadliqLive burdan dinlə - Link axşam saat 8-də aktivləşəcək)

12:46 25.7.2015

Kasıblıqdan uşağını boğdu

Ağır maliyyə durumuna görə, yeni doğulan oğlunu boğan qadının işi məhkəməyə verilib. İstintaq indi başa çatsa da, hadisə martın 23-də Ermənistanın Şirak vilayətində olub. news.am xəbər verir ki, evdə tək olan hamilə qadının oğlu doğulub, ancaq qadın çox ağır maliyyə durumuna görə oğlunu boğub, öldürüb.

21:06 24.7.2015

"Hər nöqsanı ölkə prezidenti iclasda üzünüzə deməməlidir ki"

Oyunlar qurtardı, dəyişdirilən marşrutlar hələ də bərpa olunmayıb. “Vətəndaşlara bu qədər əziyyət verməyin başqa adı varmı? Yaxında metro yox, başqa ictimai nəqliyyat növü yox, insanın taksiyə verməyə pulu yox, hər gün bu çiləni bu insanlara çəkdirməyin adı nədir? Hər nöqsanı ölkə prezidenti iclasda üzünüzə deməməlidir ki. Hər kəs rəhbərlik etdiyi sahədə vətəndaşa xidmət etməyi vicdan borcu olaraq görməsə də, heç olmazsa vəzifə borcu olaraq görməlidir."- bunu millət vəkili Fazil Mustafa Aznews.az saytına deyir. O deyir ki, bu intellektual mazoxizmdir.​

21:06 24.7.2015

AzadlıqLive-da Radioda iyulun 24-də bu mövzuları müzakirə etdik:

Xədicə İsmayılın məhkəməsidir- O deyir ki, özünü Kamaləddin Heydərov kimi hiss eləyir

Vaxtilə 700 bal toplayanlar indi hardadırlar?

Azərbaycanda son ayların intiharları - intihara çatdırma ittihamı ilə tutulan, məhkum olunan varmı?

17:00 24.7.2015

Azərbaycan pulu Türkiyəyə axır

2015-ci ilin yanvar-iyununda Türkiyədə Azərbaycan kapitalının iştirakı ilə 99 şirkət, o cümlədən 25 səhmdar cəmiyyəti yaradılıb. "Turanın" məlumatına görə, 6 ayda Azərbaycandan olan investorlarun qoyduğu pul 10 milyon lirədən çoxdur.

Davamı

XS
SM
MD
LG