Keçid linkləri

2025, 19 Dekabr, Cümə, Bakı vaxtı 12:28

AzadlıqLive - Şeyxin qardaşı: "kişilik şortiklə ölçülmür"

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izlə

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə​

(AzadliqLive burdan dinlə - Link axşam saat 8-də aktivləşəcək)

19:00 23.7.2015

Ayda 2 min dollar qazanan tələbə

Türkiyədə Antalyada “biləndə ki, rəssamam, dedilər ki, “elə öz işində işlə”. Mən də məmnuniyyətlə qəbul eləyib işlədim. Əsas natürmort, portret çəkirdim." Validə deyir ki, bir ay ərzində 2 min dollara yaxın pul qazanıb.

16:59 23.7.2015

Abid Şərifov: Bakı rayon minik maşınlarına açıqdır

Abid Şərifov: “Bakı şəhəri rayon qeydiyyatında olan, respublikanın şəhər və rayonlarından, həmçinin ölkə xaricindən gələn minik avtomobilləri üçün açıqdır. Rayon qeydiyyatında olan minik avtomobillərinin Bakıya girişinə heç bir məhdudiyyət qoyulmayacaq”.

APA-ya açıqlamasında Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri, baş nazirin müavini Abid Şərifov deyib ki, bölgələrdən kənd təsərrüfatı məhsullarını daşıyan bütün növ nəqliyyat vasitələri 24 saat ərzində Bakıya daxil ola bilər: "Marşrut taksiləri, adi taksilər Bakı Beynəlxalq Avtovağzalına buraxılacaq. Ancaq rayondan gələn bu taksilər şəhərin mərkəzində, "Tarqovı"da gəzməli deyil. Bu taksilər avtovağzalda sərnişinlərini düşürüb, yeni sərnişinlərini yığıb geri qayıtmalıdır".

16:53 23.7.2015

Apple şirkəti bir gündə bazar dəyərinin 32 milyardını itirib

Səbəb odur ki, 3-cü rübdə Apple satışdan 48,8 milyard dollar qazanacağını gözləyirdi, satış isə “cəmi” 47,5 milyard dollar olub. Aradakı bu 1,3 milyard dollar fərq Apple-in səhmlərinin bazarda 4 faiz saldı. Yeri gəlmişkən, 3-cü rübdə dünyada iPhone satışı 35 faiz artıb.

16:27 23.7.2015

Məhkəmə başlayır, ancaq vəkil bütün sənədləri ala bilmir

Jurnalist Xədicə İsmayılın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası 24-nə təyin olunub. Məhkəmə ərəfəsi AzadlıqRadiosunun suallarını vəkil Fariz Namazlı cavablandırır.

Azadlıq Radiosu: Cinayət işinin bütün materiallarını ala bilmisinizmi?

Fariz Namazlı: Bəzilərini ala bilmişik, bəzilərini yox. Şahid ifadələri var ki, onları əldə edə bilmişik, ancaq əsas bizim istədiyimiz sənədlər var idi ki, onları ala bilməmişik. Bunlar ekspertiza rəyidir və vergilər nazirliyinin aralıq aktıdır.

AzadlıqRadiosu: Bəs nə deyib, vermirlər?

Fariz Namazlı: Heç bir izah verilmir. Musahibə burda

Davamı

XS
SM
MD
LG