-
İyulun 17-də Salyan şəhərinin “20 yanvar” qəsəbəsində qalmaqal yaşanıb.
Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumunun əməkdaşlarının ərazidə yerləşən iri və xırda buynuzlu heyvanların satış bazarına qarşı irəli sürdüyü tələb etirazla qarşılanıb.
Əsasən müharibə veteranı və onların ailə üzvü olan 300 nəfərədək şəxs Bakı-Astara avtomobil yolunu bağlamağa cəhd göstərib.
Bu barədə Azadlıq Radiosuna adıçəkilən ticarət müəssisəsinin işçisi ElnurQədirov məlumat verib.
Onun sözlərinə görə, bazarın fəaliyyət göstərdiyi ərazini 2013-cü ildə yerli icra hakimiyyəti “Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi” məqsəd ilə ayrılıb:
“Bu yer vaxtilə bərbad vəziyyətdə idi. Əl arabasıyla torpaq, daş daşıyıb çökəklikləri doldurduq. Müxtəlif iş adamları bu təşəbbüsə dəstək verib.
Komitə işçiləri gəlib bizdən tələb edirlər ki, ya rübdə 4 min manat icarə haqqı verin, ya da 100 min manata bu yeri birdəfəlik alın. Bu, ağlasığmaz tələbdir. Burada həftədə bir dəfə iri və xırda buynuzlu heyvanların satış bazarı təşkil olunur. Biz nə qədər pul qazanırıq ki, bu tələbi yerinə yetirə bilək?
Bazarın fəaliyyət göstərdiyi 2 hektar ərazinin 1,5 hektarı bizə yerli icra hakimiyyəti tərəfindən icarəyə verilib. 0,53 hektar sahə isə “Əmlak”ın balansındadır.
Komitə işçiləri gəlib bizdən tələb edirlər ki, ya rübdə 4 min manat icarə haqqı verin, ya da 100 min manata bu yeri birdəfəlik alın. Bu, ağlasığmaz tələbdir. Burada həftədə bir dəfə iri və xırda buynuzlu heyvanların satış bazarı təşkil olunur. Biz nə qədər pul qazanırıq ki, bu tələbi yerinə yetirə bilək? Bu gün gəlib dedilər ki, bazarı bağlayacağıq.”
Elnur Qədirov bildirdi ki, hadisə yerinə gələn Salyan Rayon İcra Hakimiyyəti işçiləri bazar rəhbərliyi ilə danışıq apararaq etirazın böyüməsinin qarşısını alıb.
Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumundan isə məsələyə münasibət öyrənmək mümkün olmayıb.