Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:58

Rayon mərkəzlərinin də baş planı olacaq


"Karabakh SPA and Resort" hoteli, Naftalan
"Karabakh SPA and Resort" hoteli, Naftalan

-

Naftalan şəhər İcra Hakimiyyətində şəhərin baş planının ictimai müzakirəsi keçirilir.

Müzakirələrdən sonra sənədin təsdiq ediləcəyi gözlənilir. Baş plan kurortlar şəhərinin gələcək inkişaf perspektivləri nəzərə alınmaqla hazırlanıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (DŞAK) bildirir ki, iyun ayında Hacıqabul və Neftçala şəhərlərinin Baş planları bu rayonların İcra Hakimiyyəti başçılarının sərəncamları ilə tədiq olunub.

Bundan başqa, bu il DŞAK-ın sifarişi ilə 2011-2012-ci illərdən bəri layihə institutlarında hazırlanan daha beş rayon mərkəzinin (Balakən, Siyəzən, Yardımlı, Zərdab və Zaqatala) Baş planları təsdiq olunub.

Təsdiq olunmuş baş planlar, o cümlədən digər şəhərlərin mövcud və işlənməkdə olan baş planları barədə məlumatlarla Komitənin rəsmi arxkom.gov.az saytında tanış olmaq olar.

Hazırda Ağcəbədi, Göyçay, Salyan, Xaçmaz və Şəmkir şəhərlərinin baş plan layihələri işlənməkdədir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG