Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:34

Tikintidə durğunluğun statistikadakı əlamətləri


Arxiv fotosu
Arxiv fotosu

.

TİKİNTİDƏ BÖHRAN CÜCƏRTİLƏRİ...

Azərbaycandakı sement zavodları bu il 1,4 milyon ton sement satıblar. Gözləntilərin əksinə istehsal yerində sayıb. Yəni, yerli sement istehsalı altı ayda cəmi 0,6% artıb.

Bu dövrdə heç xaricdən çox semenet alınmayıb - 19,6 milyon dollarlıq. Bu da keçən ilin ilk ayında başqa ölkələrdən alınan sementin 1/3-i qədərdir.

İstehsaldakı durğunluq və idxalın kəskin azalması tikinti işlərinin geriləməsindən xəbər verir.

Bu dövrdə beton qarışığı və beton konstruksiyalar, kərpic, eləcə də qum, mişar daşı və qırmadaş istehsalı da kəskin şəkildə azalıb.

Dolayısıyla bu amillər iqtisadiyyatın dərin qatlarında böhranın cücərdiyinə dəlalət edir.

SƏNAYEDƏ İŞLƏYƏNLƏR AZALIB

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, sənayedə artımın qeydə alınmasına baxmayaraq, bu sektorda çalışanların sayı azalıb. Rəsmi rəqəmlərə əsasən, bu ilin yanvar-may aylarında ölkənin sənaye sahələrində 183,8 min nəfər çalışıb. Bu, yanvar ayı ilə müqayisədə 4,2 min nəfər azdır.

İyun ayının əvvəlində Bakıda Avropa Oyunlarına hazırlıqla bağlı inşa və təmir edilən obyektlərdə işlərin yekunlaşması ilə əlaqədar işsiz qalan inşaatçılarn sıraları güman ki bir qədər də genişlənib.

PREZİDENT BAĞLANAN İŞ YERLƏRİNDƏN DƏ DANIŞDI

Altı ayın sosial-iqtisadi nəticələrinə həsr olunmuş müşavirədə prezident İlham Əliyev nəhayət ki, ölkədə açılan iş yerlərin olması ilə bərabər, bağlanılanların da olduğunu ilk dəfə səsləndirib. İndiyə qədər mətbuat açılan iş yerləri ilə yanaşı, bağlananların da olduğunu yazsa da, hökumət bunu qulaqardına vururdu:

“Ancaq biz bu statistikaya fikir verəndə mütləq bağlanan iş yerlərini də diqqətdən qaçırmamalıyıq. Bilirəm ki, bəzi yerlərdə iş yerləri bağlanıb. Ona görə, ilk növbədə, bunun səbəbləri araşdırılmalıdır. Digər tərəfdən, bu, statistika da açılan iş yerləri ilə bərabər verilməlidir ki, biz təhlili düzgün aparaq.

Bu, əslində hər bir ölkədə olan bir vəziyyətdir. İş yerləri açılır, bağlanır. Burada əsas balans məsələsidir, nə qədər açılıb, nə qədər bağlanıb”. Prezident belə deyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG