-
Xarici İşlər Nazirliyi elektron xidmətlərin tətbiqinin genişləndirilməsi və viza sorğularına baxılması müddətinin qısaldılması üçün təklifləri yaxınlarda hökumətə təqdim edəcək.
Nazirliyin yaydığı məlumatda belə deyilir.
Məlumatda bildirilir ki, vizaların verilməsi işinin təkmilləşdirilməsi sahəsində nazirlik və dövlət qurumlarının iştirakı ilə işçi qrup fəaliyyət göstərir. Hal-hazırda diplomatik nümayəndəliklərdə viza sistemi ilə bağlı yeni avadanlıqların quraşdırılması prosesi də həyata keçirilir.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iyulun 13-də keçirilən toplantısında vizaların elektron qaydada verilməsi işlərini sürətləndirməyi tapşırıb.