Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

Cəbhədə partlayış, 3 yaralı


Foto illüstrasiya
Foto illüstrasiya

-

İyulun 13-də axşam saatlarında Tovuz rayonunun cəbhə xəttinə yaxın yerləşən Əlibəyli kəndində partlamamış mərmi fəlakətə səbəb olub.

Tovuz rayon Polis Şöbəsindən ANS-ə verilən məlumata görə, partlayış kənd sakini İslam Xanbabayevin evində tikinti işləri aparılarkən baş verib. Onun qonağı, Bakı şəhər sakini, azyaşlı Tuncay Xanbabayevin tapdığı iriçaplı patron partlayıb. Yaralanan uşaqlar Bakıya gətiriliblər. Digər yaralı D.Əliyevanın vəziyyəti isə nisbətən yüngül olduğu üçün o, Tovuz xəstəxanasında müalicəsini davam etdirir.

Əlibəyli kəndi təmas xəttinə ən yaxın olan kəndlərdən biridir. Erməni hərbçiləri müntəzəm olaraq atəşkəs rejimini pozur, mülki vətəndaşları, evləri atəşə məruz qoyurlar.

XS
SM
MD
LG