Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Aprel, çərşənbə, Bakı vaxtı 22:11

Sabir Əhmədlinin kitabı təqdim olunub


-

"Biz yenə görüşəcəyik"

Bu gün saat 12-də Beynəlxaq Mətbuat Mərkəzində Xalq yazıçısı Sabir Əhmədlinin “Biz yenə görüşəcəyik" adlı kitabının təqdimat mərasimi olub.

Tədbirdə yazıçının ailə üzvlərindən - həyat yoldaşı Şaban xanım, qızı Yaqut xanım, oğlu Etibar bəy, eyni zamanda bir çox yazarlar və media nümayəndələri iştirak ediblər.

Sabir Əhmədli ilə bağlı xatirələrini bölüşən Sabir Rüstəmxanlı yazıçının yubileyinin “Natəvan” klubunda keçirilməsi təklifini irəli sürüb. Eyni zamanda qeyd edib ki, yubiley tədbirini Azərbaycan Yazıçılar Birliyi həyata keçirməlidir.

Aqil Abbas mərhum yazıçıdan söhbət açarkən deyib ki, Sabir müəllim dəfn olunduğu Binəqədi qəbiristanlığını Fəxri Xiyabana çevirdi.

Təqdimat mərasimində AYB-dən rəsmi nümayəndə iştirak etməyib.

Kulis.az

XS
SM
MD
LG