-
Dollar manata nisbətdə 0.06 faiz bahalaşıb.
İyulun 14-də Mərkəzi Bank 1 dolların Azərbaycan manatına nisbətdə məzənnəsini 1.0492 manat müəyyənləşdirib.
Avroda isə, əksinə, cüzi ucuzlaşma müşahidə edilib. Avro manata nisbətdə 1.06 faiz ucuzlaşaraq 1.1550 manat olub.
Bu il fevralın 21-dən Mərkəzi Bank manatı dollar nisbətdə sərbəst buraxıb və yerli valyuta 30 faizdən çox dəyərini itirib.