Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 12:36

İran danışıqları: Saziş 72 saata gözlənilir


İranın xarici işlər naziri Mohammad Javad Zarif nikbindir.
İranın xarici işlər naziri Mohammad Javad Zarif nikbindir.

İranın nüvə proqramına dair Vyanada çox ləng və ağır davam edən danışıqların müddəti son həftədə artıq üçüncü dəfə - bazar ertəsinədək uzadılıb.

İranın nüvə proqramına dair Vyanada çox ləng və ağır davam edən danışıqların müddəti son həftədə artıq üçüncü dəfə - bazar ertəsinədək uzadılıb.

Beləliklə İran və dünyanın aparıcı gücləri arasında saziş 72 saatdan sonra nəhayət imzalana bilər.

İran P5+1 adlanan Qərb ölkələrindən, Rusiya və Çindən ibarət qrupu danışıqların gedişində yeni əngəllər yasratmaqda günahlandırır.

Britaniyanın xarici işlər naziri Philip Hammond danışıqları “ağrılı şəkildə ləng” adlandırıb, Fransanın xarici işlər naziri Laurent Fabius Vyananı bir günlük tərk edərək Parisə yollanıb.

Konqresin möhləti

ABŞ Konqresinin qoyduğu möhləti pozmalı olan Amerika və Avropa İttifaqı rəsmiləri bildiriblər ki, onlar İran üzərindən sanksiyaların qaldırılmasını bazar ertəsinədək ləngitməli olacaqlar.

Avropa İttifaqının xarici işlər komissarı Federica Mogherini də həftəsonunu Vyana otelində keçirir.
Avropa İttifaqının xarici işlər komissarı Federica Mogherini də həftəsonunu Vyana otelində keçirir.

İran və altı ölkə - Britaniya, Çin, Fransa, Almaniya, Rusiya və ABŞ Tehranın nüvə proqramının hüdudları barəsində 12 ildir ki, davam edən mübahisəni çözməyə çalışırlar. Bu danışıqların nəticəsi olaraq İran özünün nüvə fəaliyyətini xeyli azaltmalı, Qərb isə bunun müqabilində Tehran üzərindən boğucu sanksiyalarını qaldırmalıdır.

Hazırda sazişin imzalanması yolunda mövcud əngəllərdən biri də İran üzərindən BMT-nin silah embarqosunun qaldırılmasıdır. Qərb bu sanksiyanın qalmasını istəyir.

İranın xarici işlər naziri Mohammad Javad Zarif deyib ki, danışıqçılar bu həftəsonunu da Vyanada keçirməli olacaqlar və yaranmış fasiləyə görə məsuliyyət Qərbin üzərinə düşür.

O deyib ki, indi Qərb danışıqçıları ifrat kompromislərə nail olmaq istəyirlər.

Hammond deyib ki, danışıqçılar şənbə günü mövcud əngəllər barədə məsləhətləşmələr aparmalıdırlar.

Tarixi yaxınlaşma

Bunadək cənab Zarif iki həftə ərzində ABŞ dövlət katibi John Kerry ilə intensiv danışıqlarda olub.

Sözü gedən saziş imzalanarsa, bu Qərb və İran arasında 1979-cu ildən bəri ən böyük yaxınlaşma olacaq.

Ağ Ev bəyan edib ki, danışıq tərəflərinin mövqeləri heç vaxt indiki qədər yaxın olmayıb, lakin Vaşinqton sonsuzadək gözləmək niyyətində deyil.

danışıq tərəflərinin mövqeləri heç vaxt indiki qədər yaxın olmayıb, lakin Vaşinqton sonsuzadək gözləmək niyyətində deyil.

Çinin rəsmi Sinxua agentliyi diplomatik mənbələrə istinadən bildirir ki, İranla Qərb arasında Tehranın keçmiş nüvə fəaliyyətinə dair fikir ixtilafı demək olar, çözülüb.

Agentlik bunu da bildirir ki, İran öz nüvə proqramını əhəmiyyətli dərəcədə qısmağa razıdır.

Hərənin “öz qırmızı xətti”

Danışıqçılar ABŞ Konqresinin ötən cüməyədək qoyduğu möhlətə əməl edə bilməyiblər. Əgər saziş əldə olunsaydı, Konqres 30 gün ərzində bu sənədi nəzərdən keçirəcəkdi. İndi isə, sentyabrın 7-dək təqdim olunacaq hər hansı sazişə baxılması üçün 60 gün lazım gələcək.

ABŞ rəsmiləri narahatdırlar ki, 60 günlük müddət yeni əngəllər doğura bilər.

Ötən cümə axşamı John Kerry müxbirlərə demişdi ki, ABŞ-in səbri tükənmıək üzrədir və əgər ciddi qərarlar qəbul edilməzsə, Vaşinqton prosesə son qoymağa tamamilə hazırdır.

İran ali rəhbərinin müşaviri Ali Akbar Velayati cənab Kerry-nin bu açıqlamasını ABŞ-ın psixiloji müharibəsəinin bir hissəsi adlandırıb.

Adımının çəkilməsini istəməyən başqa bir İran rəsmisi isə deyib ki, “çox təəssüf indi bütün danışıqçıların öz qırmızı xətti var”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG