Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:05

Konqres İranla sazişi pozmaq imkanı verən qanunu qəbul etdi

ABŞ-da Nümayəndələr Palatası Konqresə Vaşinqtonla İran arasında bağlanmış hər hansı sazişi müzakirə etmək və lazım gələrsə, rədd etmək imkanı verən qanunverilicilik aktını böyük səs çoxluğu ilə qəbul edib.

400 leyhinə, 25 əleyhinə nisbətilə qəbul edilmiş qanun imzalanmaq üçün Ağ Evə göndərilib. Administrasiya bəyan edib ki, Barack Obama bu qanunu imzalayacaq.

2015-ci il tarixli İran Nüvə Qanunu (The Iran Nuclear Review Act of 2015) Senatdan ötən həftə keçmişdi.

Millət vəkilləri bundan əvvəl layihəyə bir sıra dəyişikliklər etdikdən sonra Obama qanuna veto qoymamaq qərarına gəlib.

Qanun Konqresə İranla imzalanacaq yekun sazişinə baxmaq üçün 30 gün vaxt verəcək. Bu müddət ərzində Barack Obama İrana qarşı heç bir sanksiyanı qaldıra bilməz.

XS
SM
MD
LG