Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:12

Miqrantlar Avropaya yetişməkdə sonuncu pillədə....


-
Bu günlər Belqrad avtobus terminalında və yaxınlıqdakı dəmiryolu stansiyası miqrantlarla qaynaşır. Onlar Suriya, Əfqanıstan, İraq və ya Somalidəndir. Üzücü səfərin sonunda Avropaya daxil ola biləcəklərinə ümidlidilər.

Avtovağzalda çoxu uşaq olan onlarla yorğun görünüşlü miqrant Subotikaya gedən avtobusu gözləyirlər.

Macarıstanın bir neçə kilometrliyində - Serbiyanın şimalında olan bu şəhərdən onlar Avropa Birliyinin sərhədlərinə girməyə cəhd edəcəklər.

Avtobusa minik başlayanda çoxu gənc olan 15 nəfərlik qrup biletini göstərir. Sürücü “bilet” deyə bağırır və biletlərdə göstərilən oturacaq nömrəsinə əhəmiyyət vermədən hər kəsi arxaya göndərir.

Mən avtobusa minəndə sürücünün üzü işıqlandı. “Salam”, deyib mənki nəzakətlə qabaqda oturmağa çağırdı. Biletimdə 25 yazılmışdı və mən arxada oturmalıydım. Niyə qabaqda oturmalı olduğumu soruşduqda "necə deyirəmsə, elə də et" cavabını eşitdim.

Hər kəs oturandan sonra vəziyyət məlum olur. Serbiyalılar qarşıda, immiqrantlarsa arxada otururlar.

Amma mühacirlər hallarından məmnun görünürdülər. Onlar sakitcə oturub pəncədərən diqqətlə yola baxırlar.

16 YAŞLI MOHAMMEDİN DEDİKLƏR...

Mən yerimdən qalxıram və gənc bir mühacirin yanında otururam. Onun adı Mohammeddir, 16 yaş var:

“Əfqanıstandanam, Almaniyaya işləməyə gedirəm”, o, sınıq-salxaq ingilis dilində danışırdı: “Birinci Macarıstana gedəcəm, orda dostum var”.

Arxamızdakılar bizim söhbətimizi dördgözlə və təbəssümlə izləyirdilər. Mohammed 13 yaşlı qız və başqa bir yeniyetmə oğlanla yola çıxıb. Ancaq onların heç biri ingilis dilində bir kəlmə də danışa bilmir.
“Əfqanıstanda vəziyyət çox pisdir, çünki Talibanla döyüşblər gedir, vəziyyət gündən günə pisləşir. Anam, atam və bacım orda qaldılar. Onlar çox kasıbdılar”-deyə, Mohammad sözlərini davam etdirir.

Soruşdum ki, onun kifayət qədər yeməyi və paltarı varmı, Mohammed ciddiləşir. O, bel çantasını göstərir, israr edir ki, ehtiyacı olan hər şeyi var. Mən ona və dostuna çipsi təklif edirəm, onlar isə nəzakətlə imtina edirlər.

“İMMİQRANTLARI ZİBİLLİYƏ AT”

Avtobusdakı müşahidələrimdən sonra mən bir neçə ekspertlə söhbətləşdim. Onlardan biri - Praktik Siyasət Mərkəzindən Dragan Popovic köksünü ötürüb deyir ki, bu kimi halları hələ çox görəcəklər:

“Biz bu adamları soyuruq, onlara pul kimi baxırıq və ya yola salırıq ki, bizi narahat etməyin”.

Başqa bir eksert Zeljko Stanetic deyir ki, o, bu yaxınlarda Serbiyanın ikinci şəhəri Novi Sad-da divara yazılmış “İmmiqrantları zibilliyə tulla” sözlərini görüb.

Balkanlardan Avropa Birliyi ölkələrinin yolunu tutan Suriya, Əfqanıstan, Misir, Eritrea, İraq, Nigeriya, Somali, Sudan və Tunis qaçqınlarının sayi bu illər kəskin şəkildə artıb.

Amnesty International-ın məlumatına görə, təkcə Serbiya-Macarıstan sərhəddində 2010-cu ildən bəri immiqrantların sayı 2 min 370-dən 61 minə çatıb.

AVTOBUS MƏNZİL BAŞINA ÇATANDA...

Avtobus stansiyasında üç əfqan köşkdən su almağa çalışır. Satıcı şüşəni aşağı salıb qapını bağlayır və gedir.
Köşkün yaxınlığında taxsi sürücülər qaçqınları gözləyir.
Subotica taxsi sürücüləri yaxşı bilirlər ki, miqrantları aldadıb necə qiymət oxusunlar, “siz sərhədə çatdırarıq” deyib, bir neçə km aralıdakı meşəyə aparmaq üçün onlarda 50 dolları necə alsınlar.

Avtobus stansiyasında gördüyüm əfqanlar qərar alırlar ki, Macarıstan sərəddinə olan 10 km-lik yolu piyada getsinlər. Əgər onların bəxti gətirsəydi, sərhədi mühafizəçilərin gözündən yayınmaqla keçə biləcəkdilər və ən böyük arzularına - Avropada təhlükəsiz həyat arzularına çatacaqdılar:

“Bu bir şey deyil”, onlardan biri deyir. “Biz İraba 35 saata çatdıq, susuz, ərzaqsız, heç nəyimiz olmadan çöllərdən keçib getdik. Sonra biz 6 gün Türkiyədən Bolqarıstana getdik. Ordan da Serbiyaya gəldik”.

XS
SM
MD
LG