Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Noyabr, bazar, Bakı vaxtı 13:46

Merkel Balkanlara vəd verir


Angela Merkel

-

Almaniya kansleri Angela Merkel Balkan ölkələrini əmin edib ki, onların Avropa Birliyinə qoşulması yolunda süni yubanma olmayacaq.

Merkel iyulun 8-də Albaniya, Serbiya və Bosniya-Herseqovinaya iki günlük səfərə başlayıb. “Sizə deyə bilərəm ki, heç nə süni şəkildə yubadılmayacaq,” o, Tiranada Albaniya baş naziri Edi Rama ilə birgə mətbuat konfransında deyib.

“Hər hansı çətinlik yaradılmayacaq. Qərbi Balkan ölkələrinə Avropa perspektivi ilə bağlı verdiyimiz vədin yerinə yetirilməsi marağımızdadır, çünki bu, etibar məsələsidir,” Merkel deyib.

“Albaniyada müsəlmanlar, ölkəmizdə isə daha çox xristian yaşadığı üçün bu ölkəni Avropa Birliyində istəməməyimiz fikri tamamilə yanlışdır,” Merkel deyib.

Merkel Belqradda Serbiya baş naziri Aleksandar Vucic-lə görüşüb. Kanslerin sözlərinə görə, AB miqrant axını ilə mübarizə aparan Macarıstan və Qərbi Balkan ölkələrinə kömək edəcək. Merkel iyulun 9-da Sarayevoya səfər edəcək.

XS
SM
MD
LG