Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:20

İlham Əliyev: «Aclıq tamamilə aradan qaldırılıb»


İtaliya. -- Azərbaycan prezidenti İlham Əliyev «Expo Milano 2015» sərgisində çıxış edir, 9 iyul, 2015-ci il
İtaliya. -- Azərbaycan prezidenti İlham Əliyev «Expo Milano 2015» sərgisində çıxış edir, 9 iyul, 2015-ci il

-
«Azərbaycan o ölkələrdəndir ki, artıq aclıq tamamilə aradan qaldırılıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesabatına görə, dünyada 29 ölkədən biri də Azərbaycandır ki, aclığın səviyyəsi iki dəfədən çox aşağı düşüb. Bu böyük bəla Azərbaycanda aradan qaldırılıb».

Prezident İlham Əliyev belə deyib.

O, iyulun 9-da «Milan Expo 2015» Ümumdünya sərgisində təşkil olunmuş «Milli gün» çərçivəsində Azərbaycan pavilyonunun rəsmi təqdimat mərasimində çıxış edib. Bildirib ki, Azərbaycan dinamik sürətlə inkişaf edən, dünyaya açıq olan bir ölkə, Şərq ilə Qərb arasındakı bir körpüdür.

Dövlət başçısı Azərbaycanın beynəlxalq mövqelərinin kifayət qədər möhkəm olduğunu qeyd edib:

«Bir neçə il bundan əvvəl biz 155 ölkənin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilmişik. Bu, bizim ölkəmizin beynəlxalq nüfuzunu göstərir. Ölkəmizdə aparılan iqtisadi islahatlar bu gün imkan verir ki, biz çoxşaxəli iqtisadiyyata malik olaq. Son illər ərzində aparılan işlər nəticəsində işsizliyin, yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşüb. Bu gün işsizlik və yoxsulluq Azərbaycanda 5 faiz səviyyəsindədir. Son 10 il ərzində 1 milyondan çox yeni iş yeri açılıb. Maliyyə vəziyyətimiz kifayət qədər möhkəmdir. Dövlət xarici borcumuz ümumi daxili məhsulun cəmi 10 faizini təşkil edir. Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən ölkələrin iqtisadi cəhətdən rəqabət qabiliyyətliliyinə görə Azərbaycan dünya miqyasında 38-ci yerdədir. Yəni, bu, gənc müstəqil dövlət üçün böyük göstəricidir».

Ölkə başçısı bildirib ki, son illərdə atılan addımlar və əldə edilən nailiyyətlər deməyə əsas verir ki, qarşıda duran məsələlər də uğurla icra ediləcək.

XS
SM
MD
LG