Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Noyabr, bazar, Bakı vaxtı 17:40

BRİCS üzvləri Rusiyaya yığışır


Foto arxiv

Iyulun 8-də Başqırdıstanın paytaxtı Ufada Şanxay Əməkdaşlıq təşkilatı və BRİCS ittifaqına daxil olan ölkələrin görüşü başlayır.

BRİKS təşkilatına Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika daxildir.

BRİCS təşkilatının qapalı iclasında Ukrayna münaqişəsi, Yunanıstandakı iqtisadi böhran və İslam Dövləri qrupundan gələn təhlükə müzakirə olunacaq.

Görüşdə Ufa bəyannaməsi və 2020-ci ilədək itisati tərəfdaşlıq strategiyası qəbul ediləcək.

Şanxay Əməkdaşlıq təşkilatının sammitində isə Pakistanla Hindistanın bu təşkilata qəbul olunacaqları gözlənilir.

Rəsmi məlumata görə, bu sammitlərin təşkilinə 3 il ərzində 10 milyard rubldan çoc vəsait xərclənib.

Müxalifətdə olan kütləvi informasiya vasitələrinin məlumatına görə, bu vəsait təinat üzrə xərclənməyib, tikinti və təmir işlərində xeyli çatışmamazlıqlar var, məsrəfçiliyə yol verilib.

Məlumata görə yalın sahələrə təbii ot əvəzinə süni yaşıl örtük döşənib.

Hazırda Ufada 10 minə yaxın polis qüvvələri var.

XS
SM
MD
LG