Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:59

"Senzor" adlı ədəbiyyat saytı açılıb


-

"Öz imkanlarımız hesabına"

Azərbaycan internet məkanında yeni "Senzor" ədəbiyyat və mədəniyyət portalı fəaliyyətə başlayıb.

Senzor.az/org/us domeynlərində fəaliyyətə başlayan yeni saytın təsisçisi Etibar Salmanlı, baş redaktoru Rüfət Əhmədzadədir.

"Ədəbiyyatın "Senzor"-u gəldi" adıyla Oxu Zalına göndərilmiş xəbərdə deyilir:

"Yeni sayt haqqında danışan Rüfət Əhmədzadə bildirib ki, bu sayt siyasi sahədən uzaqdır, sadəcə gənclərin bədii-publisistik imkanlarının inkişafına çalışmaq məqsədi daşıyır;

"Burda hər cəbhənin yazarlarına meydan var.

Dini, milli və irqi təhqirlər, şərəf və ləyaqəti alçaldan ifadələr istisna olmaqla…

Bir də mümkün qədər söyüşsüz yazaq, söz ehtiyatı yaxşı olan adam özünü başqa cür də ifadə edə bilər.

Sayta rəhbərliyi uzun müddətlik nəzərdə tutmamışam, ədəbiyyat mənim hobbimdir, sadəcə bu yay saytı bir az inkişaf etdirib redaktorluğu daha enerjili gənclərə tapşıracağam.

Hələ indi-indi komanda formalaşdırırıq, sponsorumuz və ya qonorar büdcəmiz yoxdur.

Öz imkanlarımız hesabına yeni sayt yaratdıq və inanıram ki, başqa saytlardan çox fərqlənəcək".

XS
SM
MD
LG