-
Rusiyalı işadamı German Sterligov Rusiyanı tərk edib. Bu haqda «Russkaya slujba novostey» agentliyi onun köməkçisi Polina Sirotaya istinadən xəbər verir.
Köməkçinin sözlərinə görə, Sterlingov iyulun 4-də Dağlıq Qarabağa gedib.
«Nə zaman geri qayıdacağını bilmirəm amma mütləq qayıdacaq. Getməyə onu çox ciddi səbəblər vadar edib. Yox bu quldurlar deyil bu daha yuxarı səviyyədir» - deyə Sirota bildirib.
«Russkaya slujba novostey» qeyd edir ki, işadamının bütün əmlakı, mal-qarası eləcə də avtoparkı satışa çıxarılıb:
«Hələlik heyvanları: inək, qoyun, atların bir qismini satırıq. Ev və torpaq sahələri haqqında German Lvoviçdən sərəncam gəlməyib»
İyulun 4-də Sterlinqovun Vkontakte şəbəkəsindəki hesabında pəncərələri taxta ilə mismarlanmış evinin şəkili paylaşılmışdı.
Sterlingov Rusiyanın birinci multimilyonerlərindən sayılır.