Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:43

NATO Gürcüstanda hərbi təlimlərə başlayır


Foto arxiv
Foto arxiv

İyulun 7-də Gürcüstanda NATO ölkələrinin irimiqyaslı hərbi təlimləri başlayır.

ABŞ, Avropa ölkələri və Gürcüstandan olan mütəxəssislər artıq təlimlərin qaydaları və onda iştirak edəcək hərbçilərin sayını müəyyənləşdiriblər.

Bu barədə AzadlıqRadiosunun müxbiri Georgi Kobaladze məlumat verir.

NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində keçirilən təlimlər iyulun 7-22 arası Vazianidəki keçmiş Rusiya bazasında keçiriləcək.

Təlimlərdə Gürcüstanla yanaşı, ABŞ, Litva, Latviya, Rumınya və Bolqarıstan olan quru qoşunları iştirak edəcək.

NATO-nun mütəxəssisləri bu ərəfədə hərbi poliqona baxış keçirərək ağır silahlardan atəş də daxil olmaqla təlimlərin detallarını müəyyənləşdiriblər.

Bu ilin mayında həmin poliqonda “Bredli” zirehli maşınları da daxil olmaqla ağır silahların iştirakıyla keçirilən birgə təlimlərdə 300-ə yaxın ABŞ desantı iştirak edib.

Bu ilin sentyabrında isə Vazianidəki hərbi baqzada birgə Gürcüstan-NATO təlim mərkəzi açılacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG