Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:01

Özü də, sözü də quyuya düşən əlil...


Ucar - arxiv fotosu
Ucar - arxiv fotosu

-

"Su Kanal İdarəsi rayonun mərkəzi küçəsində təmir işi aparıb. İşləri bitirəndən sonra əvvəldən qazdıqları quyunun üstünü örtmədən çıxıb gediblər. Quyu ərazisinə bir işarə də qoymayıblar ki, sürücülər, piyadalar keçəndə nəzərə alsınlar. Mən gecə saatlarında maşınımla həmin yerdən keçəndə maşınqarışıq quyuya düşdüm. Maşın yararsız hala düşdü, özüm də zədələndim. Rayon Su Kanal idarəsinin rəhbərliyinə müraciət edib onların səhlənkarlığına görə avtomobilimə dəymiş zərəri aradan qaldırmalarını xahiş etdim".

QAZDIQLARI QUYUYA DÜŞMÜŞƏM...

Ucar rayon sakini Aqil İbrahimovun 25 yaşı var. 7 il əvvəl Beyləqandakı N saylı hərbi hissədə xidmətdə olarkən postda erməni hərbçiləri tərəfindən snayperdən açılan atəş nəticəsində sinəsindən yaralanıb. 2-ci qrup əlil kimi ordudan tərxis olunub. 3 il əvvəl dövlət tərəfindən ona Lifan-320”markalı avtomobil verilib. O da avtomobillə taksi xidməti göstərib ailəsini dolandırırmış. Maşının quyuya düşməsi bir aəlil ailəsinin ruzisinin də quyunun dibinə düşməsinə səbəb olub.

Şikayətçi:

“Mən Su Kanal İdarəsinə müraciət edəndə dedilər ki, İcra hakimiyyətinə de. Bu, onların işidir. Yəni Su Kanal idarəsi quyunu qazıb su borusunu təmir edib. Quyunun üstünü örtmək isə icra hakimiyyətinə aid məsələdir, get kompensasiyanı onlar versin".

SONUNUCU QƏPİYİMİZİ SUYA VERİRİK...

Ancaq əlilin narazılığı təkzə özünə dəymiş zərərə görə deyil. Onu həm də rayon əhalisinin susuz qalması narahat edir:

"Sakinləri içməli suyla təmin etmək əvəzinə, onlara qurunt , çirkab sular verilir. Bu da insanların sağlamlıqları üçün çox təhlükəlidir. Əhali susuzluqdan əziyyət çəkir. Səbəb bu işə cavabdeh olanların səhlənkarlığı və pul qazanmaq həvəsidir. Rayonda içməli suyun verilməsində tez-tez uzun fasilələr yaranır ki, səbəbi borular yararsız olduğundan sıradan çıxmasıdır. Səbəb də çoxdan təzələnməli olan boruların vəsaitinin yeyilməsidir. Rayon sakinləri xəstəliklərə düçar olmamaq üçün sonuncu çörəkpullarını da içməli suya xərcləməli olurlar".

BAŞÇININ HESABATINA GÖRƏ, SU TƏCHİZATI YAXŞILAŞDIRILIR

Əlil deyir, Su Kanal idarəsinin həyətindəki böyük artezian quyusundan axan su maşınlarla əhaliyə satılır.

"İş bununla da bitmir. Rayonun bir çox küçələrində illərlə yığılıb qalan kanlilzasiya suları ərazidə antisanitariya vəziyyəti yaradıb. Həm kanalizasiyalarda yaranmış antisanitariyaya, həm də qrunt suyunun içməli su adı ilə verilməsi insanların həyat və sağlamlıqlarını ciddi təhlükə altında qoyub.

Bu ilin yanvar ayında prezidentin fərmanı ilə Ucarın keçmiş icra başçısı Yaşar Məmmədovun yerinə Mansur Məmmədov təyin olunub. Yeni icra başçısı ötən ilin yekunlarına dair verdiyi hesabatda bildirib ki, ​əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması üçün polietilen borularla 57 km uzunluğunda magistral su xətti çəkilib. Şəhərdə 114 km şəhər daxili su şəbəkəsinin 109 km-lik hissəsində işlər yekunlaşıb, 4608 evə birləşmə verilib.

XS
SM
MD
LG