Keçid linkləri

2026, 28 İyul, çərşənbə axşamı, Bakı vaxtı 16:38

AzadliqLive - Nazirlər həm də futbol oynaya bilmir

AzadliqLive-da iyulun 5-də bu və digər mövzuları müzakirə edirik.

19:19 3.7.2015

Arif Paşayev "Paşa Bank"ın MŞ-dan getdi

fins.az: Arif Paşayev "Paşa Bank"ın Müşahidə Şurasından çıxdı. Şuraya yeni sədr təyin olunub. Bu, Mir Camal Paşayevdir. O, əvvəl “Kapital Bank”ın MŞ-in sədri olub.

19:33 3.7.2015

Universitet müəlliminin maaşı

İqtisad Universiteti müəllim və professor heyətinin vəzifə maaşını artırıb. Artıq yeni vəzifə maaşları kafedra müdirləri üçün 1500, professorlar 1300, dosentlər 880, baş müəllimlər 760, müəllim və assistentlər 680, dekan müavinləri üçün isə 1200 manat müəyyən edilib.

21:24 3.7.2015

İyulun 3-də AzadliqLive-da radioda bu mövzuları müzakirə etdik:

Mebel salonlarıənda alıcı yoxdur, Universitet müəlliminin maaşı, Tıxac problemi

23:31 3.7.2015

AzTV müxbiri "yağışa" düşüb(video)

"Neftçi" - "Mladost Podgorica" qarşılaşmasından qabaq meydanda futbolçular məşq edən zaman qəfildən suvarma sistemi işə düşərək onları isladıb. Bu vaxt müsahibə götürən AzTV əməkdaşı ilə müsahibi də "yağış"a düşüblər. Videoda axırıncı 10 saniyəyə baxın

Davamı

XS
SM
MD
LG