Hacı İbarhim Nehrəmli 430 milyon borcunu etiraf edir
Hacı İbrahim Nehrəmli Rublika.az-a deyib: " Hələ mənim 2019-cu ilin sonunadək vaxtım var, o vaxtda qədər banka olan 430 milyon ümumi borclarımın hamısını qaytaracağam. Hazırda Azərbaycan Beynəlxalq Bankına təkcə yeni şəhərlə bağlı 50 milyon manatlıq girov qoymuşam, əlavə girovlar da tələb olunarsa, yenə də qoymağa hazırıq. Hazırda da heç bir problemim yoxdur"
"Kapital Banka" hücum
Media məlumatlarına görə Kapital Bankın Abşeron filialına gecə basqın olub. DİN Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov mediaya açıqlamasında bildirib ki, bankda baş verən basqın faktı bir qədər təhrif olunub: “Əslində isə filialın Hikmət Əliyev adlı sürücü-inkasatoru oğurluq etmək məqsədi ilə iş vaxtı içəridə gizlənib. Onun məqsədi bankda oğurluq olub. Ancaq iş vaxtından sonra mülki mühafizəçi Hamlet Şıxəliyev gecə saatlarında içəridən gələn səsi eşidib və Hikmət Əliyevin içəridə olduğunu görüb. Sürücü-inkasator mühafizəçiyə bıçaqla hücum edib. Onlar əlbəyaxa olublar. Bu zaman filialın mühafizəçisi Hamlet Şıxəliyevin üzərindəki silah açılıb və mühafiçəzi özünü yaralayıb. Hikmət Əliyev isə qaçıb”.
Ehsan Zahidov qeyd edib ki, hadisə baş verəndən dərhal sonra polis Hikmət Əliyevi saxlayaraq istintaqa təhvil veriblər.
Saakashvili:10 hektar da ayaqyolu olar?
Odessa qubernatoru Mixeil Saakaşvili vilayətin 20 məmurunu işdən qovub. O deyib ki, Odessa regionunda rüşvət vermədən torpaq sahəsi və tikintiyə razılıq almaq mümkün deyilmiş.O region rəhbərləri ilə iclasda deyib
"bu gün Serqeevkada olmuşam. Oradakı ən yaxşı parkı yerli rayon administrasiyasının və yerli şuranın nümayəndələri hissələrə bölüblər. Bütün torpaq zəbt edilib. Bir yerdə prokuror villa tikdirir – üzü birbaşa çimərliyədir, limanadır, digər yerdə - merin dostu ayaqyolunu özəlləşdirib”.
Saakaşvili əlavə edib ki, "vətəndaş ayaqyolu ilə birgə çimərliyə doğru 10 hektar ərazini ələ keçirib və bina tikir, hansı ki, ayaqyolu parametrləri ilə qətiyyən uyğun gəlmir".
Obama necə oxudu (video)
Barack Obama "Amazing Grace" mahnısını oxudu. Eyni mahnını pianoda keçmiş Dövlət katibi Condoleeza Rice da çaldı.
İndi isə pianoda keçmiş Dövlət Katibi C.Rise