İcbari sığortasız maşın sürməyin cəriməsi artırıla bilər
“Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası olmadan nəqliyyat vasitəsini idarə etməyə görə cərimələrin 10 manatdan 50 manata qaldırılması nəticəsində müsbət nəticələr əldə olunub”.“APA-Economics” xəbəri verir ki, bunu İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Elxan Quliyev deyib.İSB rəhbəri bildirib ki, hələlik cərimələrin artırılması ilə bağlı Milli Məclisə heç bir təklif verilməsə də, payızda qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı müvafiq işlər görülə bilər. "Qazaxıstana nəzər salsaq, orada bu cür cərimələrin məbləği 200 dollardır”
AzadlıqLive-da radioda iyulun 2-də bu mövzuları müzakirə etdik:
Metroda kondensioner problemi Facebookda müzakirə olunur
Oyunlar vaxtı ən nüfuzlu Qərb mediasında Azərbaycanla bağlı azı 61 mənfi yazı çıxıb
42 dərəcə istidə işləmək qanunsuzdur
32 milyardlıq bütün varını xeyriyyəyə verir
Dünyanın 34-cü ən varlı adamı, Səudiyyə Ərəbistanı şahzadəsi Alvaleed bin Talal 32 milyard dollar olan var-dövlətini xeyriyyəyə verir. 60 yaşlı milyarder deyib ki,o, Microsoft-un yaradıcısı Bill Gates-in eyni hərəkətindən ruhlanıb.Kralın qardaşı oğlu olan bin Talal deyib ki, bu pul mədəni anlşamanı yaxşılaşdırmağa, qadın haqlarına, fəlakətlərdən zərərçəkənlərə həyati köməyə istifadə oluna bilər. Bin Talal özünün xeyriyyə təşkilatına indiyə kimi 3,5 milyard dollar köçürüb.
Rayon maşınları: 24:00-dan 7:00-a kimi
Rayonlardan gələn bütün növ avtomobillər Bakıya saat 24:00-dan səhər saat 7:00-a qədər buraxılacaq. Bunu APA-ya açıqlamasında Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifov deyib.